Serj Sarkisyanın yarıtmaz fəaliyyəti Ermənistanı uçuruma aparır
21.12.2016 [09:46]
Ekspertlər 2017-ci ilin Ermənistan üçün builkindən daha ağır il olacağını söyləyirlər
İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi, ölkədən miqrasiya axınının sürətlənməsi, ordu quruculuğundakı yetərsizlik və uğursuz döyüş əməliyyatları, boş qalmış dövlət xəzinəsi-bütün bunlar Serj Sarkisyan hakimiyyətinin Ermənistanda yürütdüyü səbatsız daxili və xarici siyasətin nəticəsi kimi 2016-cı ilin ən yaddaqalan məqamlarıdır. Hələ üstəlik, işğalçı ölkənin xarici borclarının son bir ildə daha 1 milyard dollar artaraq 6 milyard ABŞ dollarına çatması Ermənistan hakimiyyətinin “uğurları” sırasındadır. Odur ki, ekspertlər də bu ölkənin gələcəyi ilə bağlı bədbin proqnozlar səsləndirməkdədirlər və 2017-ci ilin Ermənistan üçün cari ildən daha betər bir il olacağını söyləyirlər.
Ermənistanın populyar internet resurslarından olan “Tert.am” saytına müsahibəsində tanınmış iqtisadçı Aşot Yeqiazaryan bildirib ki, gələn il Ermənistan üçün dərin sınaqlar ili olacaq. “2017-ci il Ermənistan hakimiyyətini fikirləşməyə məcbur edəcək ki, hansı yaxşıdır - Avropa İttifaqı ilə əməkdaşlıqdan imtina etmək, yoxsa Qərbin yanında olmaq?”, - deyə iqtisadçı vurğulayıb. Onun sözlərinə görə, cari ilin iqtisadi göstəriciləri Ermənistan hakimiyyətini ciddi şəkildə düşündürməlidir. “Ötən 10 ayın nəticələrinə nəzər yetirdikdə görürük ki, Ermənistanın dövlət büdcəsinə daxilolmaların həcmi 80 milyard dramadək azalıb. Bu isə ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıq doğurur. Çünki Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmaqla öz iqtisadiyyatını tamamilə Rusiyadan asılı vəziyyətə salıb. Belə bir şəraitdə Ermənistan iqtisadiyyatının azad rəqabətədavamlı bir şəraitdə inkişafından söhbət belə aparmağa dəyməz. Əksinə, Avropa iqtisadi məkanına daxil olmaqla biz öz iqtisadiyyatımızı inkişaf etdirə bilərdik. Ölkəyə xarici investorlar cəlb edə bilərdik”, - deyən Aşot Yeqiazaryan Serj Sarkisyanın tez-tələsik Aİİ-yə can atması ilə bütün bu imkanların üstündən qalın xətt çəkmiş olduğunu vurğulayıb. O, qeyd edib ki, 2013-cü ildə Serj Sarkisyan hakimiyyətinin yaranmş vəziyyəti düzgün qiymətləndirməməsi ucbatından indi ölkə iqtisadi tənəzzül dövrünü yaşayır. “O zaman bizim belə bir şansımız var idi. Əgər Ermənistan Avropa İtttifaqı ilə əməkdaşlıqdan imtina etməsəydi, Aİ ilə assosiativ üzvlükdən kənarda qalmazdı və Avropanın irihəcmli investisiyalarını ölkəyə cəlb etmiş olardı. Çox təəssüf ki, bütün bunların əvəzinə Serj Sarkisyan Avrasiya İqtisadi İttifaqına tələsdi və nəticə də göz qabağındadır. Ölkə iqtisadiyyatında bütün sahələrdə geriləmə müşahidə edilməkdədir”, - deyə Aşot Yeqiazaryan vurğulayıb.
Onun sözlərinə görə, aparılan təhlillər onu deməyə əsas verir ki, cari ilin sonunda ölkədə ümumi daxili məhsulun həcmi sıfır nöqtəsi həndəvərində olacaq. Hələ üstəlik, bu tendensiya 2017-ci ildə də davam edəcək. “İşsizliyin artması səbəbindən ölkədə gəlir vergisinin, eləcə də dövlət büdcəsindən transfertlərin həcmi azalmaqda, üstəlik ixracın səviyyəsi hər ötən ay daha da geriləməkdədir. İnvestisiyalarda azalmalar müşahidə olunur. Eyni zamanda, əhalinin real gəlirləri də azalmaqdadır. Bütün bunların əksinə olaraq, ölkənin xarici borcları getdikcə artmaqdadır. Ən acınacaqlısı isə odur ki, hakimiyyət ölkəni düşürdüyü bu durumdan çıxarmağın yollarını axtarmaq əvəzinə, heç nə olmamış kimi, onu Rusiya iqtisadiyyatının vəziyyəti ilə əlaqələndirərək, özünə bir növ təskinlik verməyə çalışır”, - deyə iqtisadçı-ekspert vurğulayıb.
Yeri gəlmişkən, saytın yazdığına görə, dekabrın 21-də Serj Sarkisyanın dəvəti ilə İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistana ikigünlük rəsmi səfərə gələcək. Səfər çərçivəsində iki ölkə arasında bir sıra məsələlər, o cümlədən iqtisadi əməkdaşlığa dair məsələlər müzakirə olunacaq. Serj Sarkisyanın nəzarətində olan KİV-lər bu səfəri ölkə üçün olduqca əhmiyyətli hadisə kimi qələmə verməyə çalışırlar. Guya səfər çərçivəsində imzalanacaq sənədlər Ermənistan iqtisadiyyatının inkişafına yeni impuls vermiş olacaq, ölkəni tənəzzüldən xilas edəcək. “Tert.am” saytı isə yazır ki, bu, adi bir səfərdir və daha çox siyasi məqamları ilə yaddaqalan olacaq. Belə ki, ötən həftə İsrailin baş naziri Binyamin Netanyahunun Azərbaycana reallaşan uğurlu səfərinə “qonşu” ölkələrdə qısqanclıqla yanaşıldığından bu kimi xəbərlər dövriyyəyə buraxılmaqdadır. Amma əslində Ermənistan iqtisadiyyatını İranla bağlaya biləcək elə də güclü bir zəmin mövcud deyil. Ermənistanın müəssisələri elə bərbad bir vəziyyətdədir ki, burada istehsal olunan məhsulları yalnız postsovet ölkələrinə ixrac etmək mümkündür - əgər bunlara doğrudan da belə bir tələbat olarsa!
Saytın yazdığına görə, Serj Sarkisyanın kriminal rejiminin idarəçiliyi ölkəni elə bir çıxılmaz vəziyyətə gətirib ki, hansasa bir səfər Ermənistanı dirəndiyi dalandan çıxarmaq iqtidarında deyil. Odur ki, qarşıdan gələn il Ermənistan üçün bir çox göstəricilər üzrə sınaqlar ili olacaq. Sarkisyan rejimi üçün ən böyük sınaqlar isə məhz iqtisadi sahədə olacaq. Artıq ilin əvvəlindən erməni dramı öz dəyərini itirməyə başlayacaq və bu səbəbdən də ölkədə devalvasiya qaçılmaz olacaq.
“Tert.am” saytına müsahibəsində Aşot Yeqiazaryan qeyd edib ki, devalvasiyanın başlıca səbəbi ölkədən investisiya axınıdır ki, Serj Sarkisyanın son aylarda həyata keçirdiyi “islahatlar” bunu şərtləndirir. “Ölkədən kapital axını birmənalı şəkildə iqtisadiyyata neqativ təsir edəcəkdir. Əvvəla, bu iqtisadi inkişafı ləngidəcək. Digər tərəfdən isə, əgər investisiya yoxdursa, bu milli valyutanın - dramın dəyərdən düşməsinə səbəb olacaqdır. Və beləliklə də devalvasiya qacılmaq olacaqdır”, - deyə Aşot Yeqiazaryan vurğulayıb.
Göründüyü kimi, hakimiyyəti zəbt etmiş, işğalçılıq siyasətini davam etdirən Serj Sarkisyan özünün yarıtmaz fəaliyyəti ilə Ermənistanın iqtisadiyyatını məhvə sürükləməkdədir.
Maraqlıdır, iqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda sadə vətəndaşlar, görəsən, Serj Sarkisyan, eləcə də onun kriminal rejiminin xalqı daha neçə illər boyu belə bir vəziyyətdə yaşamağa məcbur etməsinə dözə biləcəklər? Bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24

