Sarkisyan hakimiyyəti Ermənistan iqtisadiyyatını dirçəltmək iqtidarında deyil
24.11.2016 [09:59]
Nikol Paşinyan: Ölkədə elə bir iqtisadi model qurulub ki, o, daima “xarici şoklar”dan asılı vəziyyətdədir
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması ökədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Hələ bu azmış kimi, ölkənin xarici borclarının təqribən 6 milyard ABŞ dollarına çatması Ermənistan hakimiyyətini çətin duruma salıb. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Parlamentdə aparılan dövlət büdcəsinin müzakirələrindən belə aydın olur ki, qarşıdan gələn 2017-ci il də Ermənistan üçün xoş heç nə vəd etməyəcək. Əslində, elə Serj Sarkisyan rejimi də bunu çox aydın şəkildə başa düşür. Odur ki, vəziyyətdən çıxış yolunu yeni növ vergiləri “xalqın belinə yükləməkdə” görür.
Ermənistanın populyar internet resurslarından olan “Lragir.am” saytı xəbər verir ki, 2017-ci ilin dövlət büdcəsi layihəsinin parlament müzakirəsi noyabrın 18-də də gərgin debatlara səbəb olub. Müxalifətdən olan deputat Nikol Paşinyan hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirərək, Sarkisyanın ölkəni sürükləmiş olduğu bataqlıqdan çıxarmaqda aciz olduğunu vurğulayıb.
“Son 10-12 ildə Ermənistanda 5-6 Nazirlər Kabineti dəyişib. Amma ölkənin iqtisadi modeli heç dəyişməyib. Hakimiyyətin iqtisadi modelinin əsasını ölkənin sərvətlərini xam məhsul halında ixrac etmək, vətəndaşları daimi işlə təmin etmək əvəzinə, onları günəmuzd qazanc dalınca digər ölkələrə göndərmək təşkil edir. Onlar belə ümid edirlər ki, bu iki faktor hesabına ölkəyə gələcək pulları təkrar dövriyyəyə buraxmaqla dövləti yaşatmaq mümkün olacaq - əksinə, bu siyasət Ermənistanı daha da məhvə aparır”, - deyə Nikol Paşinyan vurğulayıb. Deputat daha sonra qeyd edib ki, nə qədər ki, ölkənin mövcud iqtisadi modeli dəyişməyəcək, Ermənistan daim “xarici şoklar”ın təsirindən asılı vəziyyətdə olacaq.
Ermənistan parlamentinin ötən gün keçirilən iclasında müxalifəti narazı salan digər bir məsələ Müdafiə Nazirliyinin təqdim etdiyi qanun layihəsi olub. Layihəyə əsasən, 2017-ci il yanvarın 1-dən işləyən hər bir vətəndaşdan 1000 dram vergi tutulacaq. Həmin vəsait guya hərbçilərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönələcək. Maraqlısı isə odur ki, Ermənistanın Vergi Məcəlləsində belə bir vergi növü öz əksini tapmayıb. Müxalifət təmsilçilərini də narahat edən məsələ elə budur. Onlar iddia edirlər ki, əmək haqlarından tutulacaq bu məbləğin, - nəzarətsiz pulların, - sonradan ordu generalları tərəfindən şəxsi məqsədlər üçün istifadə edilməyəcəyi, özlərinə bahalı avtomobillər və villalar almayacaqları heç də istisna deyil. Digər tərəfdən isə, az maaş alan vətəndaşla yüksək maaş alan işçi arasında heç bir fərq qoyulmaması bu məsələdə bir qədər də müəmma yaradır.
Yerli analitiklər isə belə hesab edirlər ki, işləyən vətəndaşlardan tutulacaq yeni vergi növünü Serj Sarkisyan, bir növ, özünün “qara günü” üçün toplayır. Belə ki, Ermənistan parlamentində müzakirəyə çıxarılan 2017-ci ilin dövlət büdcəsi layihəsində büdcənin gəlirlərinin 2,6 milyard ABŞ dolları, xərclərinin isə 2,9 milyard təşkil edəcəyi nəzərdə tutulur. Bu isə o deməkdir ki, büdcə gələn il də kəsirlə yerinə yetiriləcək. Başqa sözlə, Sarkisyan büdcəni doldurmaq üçün gələn il yenə də xaricdən yardımlar dilənməkdə davam edəcək.
Digər tərəfdən isə, analitiklər belə hesab edirlər ki, aprel döyüşlərində ağır itkilər verən Ermənistan ordusunda hazırda psixoloji durum çox aşağı səviyyədədir. Azərbaycanın hər an işğal altındakı torpaqları azad etmək üçün hərbi əməliyyatları başlamaq təhlükəsi Ermənistan ordusunu çıxılmaz vəziyyətdə qoyub. Müqavilə əsasında çalışan hərbçilərin ordu sıralarından könüllü imtina halları getdikcə artmaqdadır. Odur ki, bütün bu kimi halların qarşısını almaq üçün Serj Sarkisyan yeni vergi növü “kəşf etmək” məcburiyyətində qalıb.
Ölkədə yaranmış durumu şərh edən yerli ekspertlərin sözlərinə görə, son iki ildə Serj Sarkisyanın başının öz hakimiyyətinin ömrünü uzatmaq məsələlərinə qarışması səbəbindən ölkə iqtisadiyyatı sürətlə tənəzzülə doğru istiqamət götürüb. Başqa sözlə, Serj Sarkisyanın sərgilədiyi iqtisadi siyasət Ermənistanı artıq borc bataqlığına sürükləyib. Hakimiyyət nə qədər vurnuxsa da, düşdüyü bu bataqlıqdan yaxa qurtara bilmir. Analitiklər belə hesab edirlər ki, Ermənistanı düşdüyü bu durumdan yalnız iqtisadi islahatlar xilas edə bilər ki, hələlik Serj Sarkisyan buna tələsmir. Ermənistan cəmiyyətinin daha hansı müddətə belə xaotik bir vəziyyətdə yaşamağa dözə biləcəyini isə zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

