Mosul əməliyyatı: geosiyasi və dini faktorların kəsişməsində
25.10.2016 [09:50]
ABŞ-ın rəhbərlik etdiyi koalisiya gücləri İraqın Mosul şəhərini İŞİD-dən xilas etmək əməliyyatına başladıqlarını bəyan edərək şəhərə 3 istiqamətdən hücuma start veriblər. Ümumi olaraq burada 36 ölkənin iştirakçı olduğu haqqında danışılır. Əməliyyatın ilk günündə 200 kilometrlik bir məkanın İŞİD-dən təmizləndiyi barədə informasiyalar yayılıb. Lakin ekspertlər məsələnin başqa aspektlərinə də diqqət çəkirlər. Onlar Mosula hücumun yalnız hərbi faktorlarla məhdudlaşmadığını deyirlər. Burada geosiyasi məqamlar da özünü göstərir. Bunu rəsmi Ankara ilə yanaşı, beynəlxalq təşkilatlar da vurğulayırlar. BMT-nin proqnozuna görə, Mosuldan 100 minlərlə insan qaçqın düşə bilər. Bir sıra qeyri-hökumət təşkilatları isə bu rəqəmin 200 mindən başlayaraq 700 minə qədər çata biləcəyini deyirlər. Özü də bu prosesin arxasında məzhəb ayrı-seçkiliyinin dayana biləcəyindən bəhs olunur. Deməli, faktiki olaraq söhbət regionda məzhəb savaşının coğrafiyasının genişlənməsi təhlükəsindən gedir. Regionun bir sıra böyük dövlətləri məhz bundan ehtiyat edirlər. Bununla da Mosul əməliyyatının geosiyasi və dini aspektlərinin də aktuallıq kəsb etdiyini etiraf etməliyik. Bu halda Yaxın Şərqdə və ona yaxın məkanlarda hansı proseslər başlaya bilər?
Amerikanın Yaxın Şərq iddialarının davamı: təhlükəli proseslər ehtimalı artır
Mosulun İŞİD-dən təmizlənməsi məsələsi ətrafında gərgin geosiyasi vəziyyət yaranıb. Əsas mübahisələr hərbi əməliyyatda kimlərin iştirak etməsi ilə bağlıdır. Problem güc tətbiqində iştirakla əlaqəli deyil. Regionun bir çox dövləti növbəti dəfə məzhəb savaşının vüsət ala bilməsindən ehtiyatlanırlar. Konkret deyilsə, Mosulun ikinci Hələbə çevrilməsi təhlükəsi mövcuddur.
Bu barədə daha çox rəsmi Ankara fikir bildirir. Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, Mosulun sünni əhalisinə qarşı diskriminasiya siyasəti yeridilə bilər. Çünki Mosulun azad edilməsində İraq ordusunun şiələrin çoxluq təşkil etdiyi hissələri iştirak edirlər, bundan əlavə, Haşdi Şafi qruplaşmasının da iştirakı gözlənilir (bax: Erdoğan’dan Musul Operasyonu açıklaması: Operasyonda da masada da olacağız! / “Habertürk”, 17 oktyabr 2016).
Türkiyə ilə yanaşı, İraqın kürd regionunun rəhbərləri də məzhəb ixtilaflarından ehtiyat etdiklərini bəyanlayıblar. Bu barədə Məsud Bərzani fikrini bildirib. O, Mosulun Hələbə dönməməsi üçün hər şeyi edəcəklərindən bəhs edib (bax: Barzani’den Musul Operasyonu açıklaması: DEAŞ’a öldürücü darbe vuruldu / “Habertürk”, 17 oktyabr 2016). Kürd lider peşmərgənin İŞİD-ə ağır zərbə endirdiyini deyib. Ancaq hərbi əməliyyatların uzun sürəcəyinə də işarə edib. ABŞ komandanlığı isə daha ehtiyatlı mövqe tutur. Anlaşılan odur ki, burada söhbət yalnız hərbi uğurlardan getmir. Geosiyasi aspekti də əhatə edən və region üçün bir çox problemlər yarada bilən proseslərə rəvac verilə bilər.
M.Bərzaninin Bağdadla bütün məsələləri razılaşdıqlarını deməsinə baxmayaraq, artıq ilk qarşıdurmanın yarandığı barədə məlumatlar vardır. Belə ki, Başika istiqamətində İraq ordusunun hərbi hissələri məzhəbçiliyi ifadə edən bayraqlarla hərəkət ediblər. Onları peşmərgə gücləri Mahmur rayonunda saxlayıblar. İraq ordusu əsgərlərindən bayrağı endirməyi tələb ediblər. Mübahisə 24 saata yaxın davam edib, lakin rəsmi hakimiyyəti təmsil edən hərbçilər məzhəb rəmzli bayraqları endirəndən sonra yollarına davam etməyə icazə alıblar (bax: Peşmerge güçleri ile Irak ordusu arasında “bayrak” krizi / “Habertürk”, 17 oktyabr 2016).
Bu arada BMT-nin etdiyi bir xəbərdarlıq da çox narahatlıqlar yaradır. Belə ki, bu beynəlxalq təşkilat Mosuldan 100 minlərlə insanın qaçqın düşə biləcəyi və onların Türkiyəyə üz tutacağı haqqında xəbərdarlıq edib. Lakin bir sıra QHT-lər daha acınacaqlı vəziyyətin yarana biləcəyindən danışırlar. Onların birgə yaydıqları bəyanatda deyilir: “Biz indi Mosuldan gözlənilən kütləvi axına hazırlaşırıq. Gözləyirik ki, yaxın həftələrdə onların sayı 200 min nəfər olacaq, bir neçə həftədən sonra isə qaçqınların sayı 700 min ola bilər. Humanitar təşkilatlar var gücü ilə hazırlaşmağa çalışırlar, ancaq bu qədər insanı birdən qəbul etmək fövqəlmürəkkəb məsələdir” (bax: Sotni tısəç jiteley Mosula moqut statğ bejenüami / “Euronews”, 17 oktyabr 2016).
Məzhəb qarşıdurması təhlükəsi: geosiyasi güclərin mübarizəsi fonunda
Rəsmi Ankara isə bu məlumatlara belə reaksiya verib: “Əgər Mosuldan 100 minlərlə insan qaçqın düşsə, biz onları qəbul etməyə hazırıq. Lakin hərbi əməliyyatlar düzgün aparılsa, heç bir qaçqınlıq olmayacaq” (bax: əvvəlki mənbəyə). Burada Türkiyənin “düzgün hərbi əməliyyatlar” ifadəsində Mosula əhalinin sünni kəsimini incitməyəcək güclərin daxil olması nəzərdə tutulur. Rəsmi Bağdadın şəhərə İraq ordusuna aid birliklərin daxil olacağı haqqında informasiya yayması isə orada məzhəb qarşıdurması ehtimalının qaldığını göstərir. Deməli, hər bir halda Mosuldan qaçqınların olmasını gözləmək lazım gələcək.
Məsələnin başqa tərəfi İŞİD üçün Suriyanın Rakka şəhərinə dəhlizin saxlanması ilə bağlıdır. ABŞ bu dəhlizi bağlamaq fikrində deyil. Türkiyə təklif edib ki, həmin istiqamətdə də hərbi əməliyyatlar başlasın ki, İŞİD Rakkaya axın etməsin. Türkiyə rəsmi səviyyədə təklif edib ki, “eyni zamanda, Mosul, Rakka və Əl-Babda hərbi əməliyyat keçirilsin” (bax: 36 ülkenin Musul savaşı / “Habertürk”, 18 oktyabr 2016).
Vaşinqton isə buna razı deyil - burada həmin yolun bombalanacağından danışırlar. Bu da təhlükəlidir, çünki təcrübə göstərir ki, bombardman bu cür hallarda ya dinc insanların kütləvi qırğını ilə nəticələnir, ya da əsl günahkarlar müxtəlif yollarla aradan çıxırlar. Bu səbəbdən rəsmi Ankara Qərbin bu davranışını da məzhəb savaşı planı ilə əlaqələndirir.
Bütün bunlar onu təsdiq edir ki, Mosulun İŞİD-dən xilas edilməsi yalnız hərbi planlar sərhədinə daxil olan məsələ deyil. Ortada ciddi geosiyasi məsələlər vardır. Qərb Türkiyə və başqa region dövlətlərinin işə qarışmamasına çalışır. Amerika burada da vəziyyəti nəzarətdə saxlamağa, əsas söz sahibi olmağa cəhd edir. Ona ABŞ-ın himayə etdiyi İraq hökuməti dəstək verir. İranın isə prosesdə konkret tərəfdarları ilə iştirak etdiyi aydın görünür. Deməli, bəri başdan Mosulun azad edilməsinə bir geosiyasi faktor kimi yanaşırlar. Mosulda əsasən sünni ərəblər və türkmənlər yaşadıqlarından ABŞ-ın bu xəttinin başlıca məqsədi aydın olur. Vaşinqton burada regionun coğrafiyasına deyil, özünə uyğun siyasi mənzərə yaratmağa qərarlıdır.
Məsələnin çox təhlükəli bir aspekti isə regionda müsəlmanlar arasında məzhəb ixtilaflarının coğrafiyasının genişlənməsi riski ilə əlaqəlidir. Rəsmi Bağdad və peşmərgənin hansısa vəd verməsinə baxmayaraq, proseslər məhz həmin istiqamətdə inkişaf edə bilər. Mosulun demoqrafik tərkibinin dəyişdirilməsində maraqlı olan qüvvələrin mövcudluğu sirr deyil. Onların fəaliyyətdə olacağı gözlənilir. Bunların fonunda region üçün başqa təhlükə də meydana gələ bilər.
Söhbət Yaxın Şərqin böyük dövlətləri arasında ixtilafların yaranması ehtimalından gedir. Region üzrə məzhəb ayrı-seçkiliyi gücləndikcə, dövlətlərin bir-birinə münasibəti də dəyişir. Bunu göstərən bir neçə fakt artıq mövcuddur. ABŞ-ın başçılıq etdiyi Qərb ölkələri bloku isə həmin tendensiyanı daha da gücləndirməyə çalışırlar. Həmin proses bütövlükdə İslam dünyasını əhatə edə bilər. Belə gedişat isə həm müsəlman coğrafiyasında ciddi sosial, iqtisadi, siyasi, hərbi və humanitar problemlər yarada bilər, həm də Avropada islamofobiyanı şiddətləndirər. Miqrantlara qarşı Qərbin antihumanist münasibətləri meydana çoxlu sayda problemlər çıxarır.
Onu da vurğulayaq ki, Rusiya bununla bağlı ehtiyatlılığını bir neçə dəfə ifadə edib. Moskva Yaxın Şərqdən başlayan xaosun onun ərazisinə də sıçraya biləcəyindən ehtiyatlanır. Bu, bir risk qaynağıdır. Təsəvvür edək ki, məzhəb qarşıdurması Suriyadan İraqa sıçrayıb. Ondan sonra yaxın regionlarda analoji proseslərə süni olaraq start verilməyəcəyinə kim təminat verə bilər? Cənubi Qafqaz, Şimali Qafqaz, Mərkəzi Asiya, Əfqanıstan və digər məkanlarda gərginlik yeni səviyyəyə yüksələ bilər. Bununla da bütövlükdə Yaxın Şərq və Avrasiya məkanında nəzarətsiz proseslər meydana çıxar.
Mosul əməliyyatına bu müddəalar prizmasından baxdıqda, kifayət qədər təhlükəli və həssas məqamları görürük. Deməli, burada söhbət geniş təsirli hadisələrdən gedir. Bunun məsuliyyətini hər bir müsəlman dövlətinin dərindən hiss etməsinə ehtiyac vardır. Çünki “suda batanı yalnız özü xilas edə bilər”.
Newtimes.az
Xəbər lenti
Hamısına baxHadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51

