Ermənistanda sosial-iqtisadi tənəzzül siyasi böhrana transfer olunmaqdadır
14.10.2016 [10:12]
İşğalçı ölkədə müşahidə edilən kütləvi istefalar və etirazlar hakimiyyət böhranının daha da dərinləşəcəyini göstərir
Ermənistanda ictimai-siyasi kataklizmlər artıq vətəndaş qarşıdurması və hökumət böhranına transfer olunub. Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi xuntanın qəbul etdiyi qərarlar vətəndaşların etirazına səbəb olmaqla yanaşı, siyasi xaos və qarşıdurmaya rəvac verir. Ekspertlərin proqnozları isə Sarkisyan hakimiyyəti üçün yalnız bədbin gələcək mənzərəsi yaradır. Başqa sözlə, siyasi şərhçilər vətəndaş müharibəsi ilə qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər.
İşğalçı ölkədə siyasi böhran: proqnozlar bədbindir
Yeri gəlmişkən, “Armenia today” xəbər verir ki, Ermənistanda müşahidə edilən kütləvi istefalar hökumət böhranının daha da dərinləşəcəyini göstərir. Mənbə yazır ki, Ermənistanda müşahidə edilən siyasi böhranın iki başlıca əlaməti aydın sezilir: “Əvvəla, icra strukturlarında yaşanan kütləvi istefalar idarəetmənin iflic olmasından xəbər verir. İkincisi isə, vətəndaşlar arasında artan kütləvi narazılıqlar ictimai-siyasi böhranın dərinləşəcəyinə dəlalət edir”.
“Aykakan Jamanak” qəzeti isə yazır ki, nazirlərdən sonra qubernatorlar arasında kütləvi istefaların başlanmasına görə ölkədə həyəcan təbili çalınır. Nəşrin məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri prezident iqamətgahına dəvət ediliblər. Danışıqların mövzusu qubernatorlardan bəzilərinin istefası olub. Onların arasında Ararat, Armavir, Lori vilayətlərinin rəhbərləri də var. İstefaya göndərilənlərin yerini isə sabiq nazirlər tutacaqlar.
Mənbə onu da qeyd edir ki, Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyan da istefa verib və siyasətə qoşulacağını bəyan edib. Bildirib ki, onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, buna görə Serj Sarkisyan məsuliyyət daşıyır.
İrəvanda növbəti etiraz aksiyasının keçirilməsi Sarkisyan hakimiyyətinə ciddi mesajlar verdi
“Armenia today” onu da yazır ki, İrəvanda növbəti etiraz aksiyasının keçirilməsi Sarkisyan hakimiyyətinə ciddi mesajlar verib. Mənbənin məlumatına görə, İrəvanın Erebuni vilayətinin Sarı-tax məhəlləsində yerləşən Post-patrul alayının binasına hücum zamanı yaranmış qarşıdurmadan sonra xeyli sayda vətəndaş həbs edilib. Yaxınlarının onların taleyindən xəbəri yoxdur. Ona görə də çıxış yolunu Baş Prokurorluğun qarşısında toplaşaraq mitinq keçirməkdə görüblər. Etirazçılar bildiriblər ki, 3 aya yaxındır doğmaları ilə əlaqə yarada bilmirlər. Onların həbs edildiyi deyilsə də, heç birinin haqqında düzgün məlumat verilmir. Nəzarətə götürülənlərlə telefon əlaqəsi yaratmağa, görüşə icazə qadağan edilib. Məsələyə hüquq müdafiəçiləri də qarışıblar. Onlar da heç bir nəticə əldə edə bilməyiblər. Bildirilib ki, həbs olunan sakinlər mitinq iştirakçısı olmayıblar. 3 aydır həbsdə saxlanılan Sarı-tax sakinlərini 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə gözləyir.
Sarkisyan rejiminin siyasi gələcəyi sual altındadır
Ekspertlərin qənaətincə, Ermənistanda hakimiyyətin siyasi gələcəyi sual altında olduğuna görə Sarkisyan rejimi hansı tədbirləri görəcəyini dəqiq müəyyənləşdirə bilmir. Etirazçılarla konsensusa gəlinməsini məqbul variant hesab etməyən hakimiyyət sabitliyi təmin etmək iqtidarında deyil. Beləliklə, Ermənistan növbəti dəfə ciddi siyasi kataklizmlərin məngənəsindədir. Erməni ekspertləri də vətəndaş müharibəsi ilə qarşı-qarşıya olan işğalçı ölkənin gələcək taleyinə dair optimist proqnozlar vermirlər. Bütövlükdə isə, Sarkisyan rejiminin siyasi gələcəyi sual altındadır.
Xaricdəki erməni lobbisi ilə Sarkisyan hakimiyyəti bir daha qarşı-qarşıya...
Digər tərəfdən, erməni lobbisinin maliyyə dəstəyi ilə dərc edilən bir sıra nəşrlər baş verən hadisələrin fonunda etirazçılara dəstək ifadə etməklə yanaşı, antisarkisyan çağırışları da səsləndirirlər. Bu isə hakimiyyətdəki hərbi xunta ilə erməni lobbi və diaspor təşkilatları arasındakı ziddiyyətlərin dərinləşdiyini göstərir. Ümumiyyətlə, bir müddətdir ki, Ermənistan hakimiyyətinin başlıca dayaq nöqtəsi olan xaricdəki erməni lobbisi də hazırkı hakimiyyəti tənqid və qınaq atəşinə tutmaqdadır. Xaricdəki erməni lobbisi, demək olar ki, davamlı olaraq İrəvan hakimiyyətinin əleyhinə tənqidi materiallar yayır. Eyni zamanda, diasporun Sarkisyan hakimiyyətinə etdiyi maliyyə yardımlarını kəsmək haqqında müəyyən mesajlar verdiyi də erməni mətbuatı tərəfindən gündəmə gətirilir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

