Ermənistanda hakimiyyət uğrunda mübarizə yeni mərhələyə qədəm qoyur
23.02.2016 [09:36]
“Daşnaksutyun”a üç nazir postu verən Serj Sarkisyan sələfi Robert Koçaryanın mövqelərini zəiflətməyə çalışır
Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçuruma sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, S.Sarkisyanın ötən ilin sonunda saxta referendum keçirməklə hakimiyyətinin ömrünü daha da uzatması Ermənistanda yenidən daxili vəziyyətin gərginləşməsinə səbəb olub. Yerli analitiklərin fikrincə, hadisələrin bu məcrada inkişafı Serj Sarkisyan rejimi üçün heç də xoş gələcək vəd etmir.
Məsələ burasındadır ki, Serj Sarkisyanın təşəbbüskarı olduğu və ölkənin konstitusiya quruluşunu dəyişməyə yönələn 6 dekabr referendumunda hakimiyyətin ən böyük dəstəkçisi “Daşnaksutyun” partiyasından olmuşdu. Məhz “Daşnaksutyun”dan olan deputatların səsverməsi nəticəsində qanun layihəsi parlamentdə səs çoxluğu ilə qəbul olunmuşdu. İndi isə Serj Sarkisyan daşnakların sərgilədiyi “ayı” xidmətinin qarşılığında bu partiyaya üç nazir postu hədiyyə etmək niyyətindədir.
Bütün bunlar Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika partiyasının İcraiyyə komitəsinin ötən həftə keçirilən iclasından sonra bəlli olub. “Lragir.am” saytının yazdığına görə, partiyadaşlarının qəzəbinə tuş gələcəyindən qorxuya düşən Serj Sarkisyan iclasın gündəliyini son dəqiqəyədək gizli saxlayıb. Hakim partiyada rəhbər vəzifə tutanların özləri belə iclasda hansı məsələnin müzakirə ediləcəyindən xəbərsiz olublar. Partiyanın ictimaiyyətlə əlaqələr üzrə katibi Eduard Şarmazanov sayta müsahibəsində iclasın gündəliyinin son anda müəyyənləşdiyini bildirib. Onun sözlərinə görə, iclasda hakim Respublika partiyası ilə “Daşnaksutyun” arasında əməkdaşlığa başlanılmasına dair qərar qəbul olunub. Beləliklə, bu həftə ərzində tərəflər arasında gələcək əməkdaşlığı nəzərdə tutan memorandum imzalanacaq. Memoranduma əsasən “Daşkansutyun” partiyası hakimiyyətdə üç nazir portfelinə sahib olacaq. Bunlar iqtisadiyyat, təhsil və ərazi idarəetmə naziri postları olacaqdır. Bundan əlavə, partiyalararası müqavilədə 2017-ci ildə keçiriləcək parlament seçkilərində mandat bölgüsü məsələsi də öz əksini tapıb. Belə ki, 2012-ci ildə keçirilən parlament seçkilərində 131 (90 birmandatlı və 41 majoritar qayda üzrə) deputat yerindən 69-na hakim partiya, 5-nə isə daşnaklar sahib olmuşdu. Yerli ekspertlərin fikrincə isə, yeni müttəfiqlik müqaviləsi daşnakların parlamentdə sayca ikinci partiya olacaqlarını vəd edir. Parlamentdəki bu mandat yerdəyişməsi, təbii ki, müxalifətin deyil, iqtidar partiyasının hesabına baş verəcək. Elə hakim partiya təmsilçilərini də narahat edən əsas məsələ budur. Analitiklərin sözlərinə görə, hazırda Ermənistanda mandat sahibi olmaq ölüm-dirim məsələsinə dönüb. Çünki mandat sahibi olmaq kriminal sistemin tərkib hissəsinə çevrilməklə yanaşı, təhlükəsizlik təminatı, imtiyazlar və bizneslə məşğul olmaq hüququ əldə etmək deməkdir. Bundan əlavə, mandata sahib olmaq istənilən an dəmir barmaqlıqlar arxasına düşməkdən özünü sığortalamaq deməkdir. Belə ki, yerli ekspertlərin sözlərinə görə, hazırkı parlamentdə onlarla mandat sahibi var ki, onların adları bu və ya digər kriminal hadisələrdə hallanır. Lakin mandatları onları toxunulmaz edir. Odur ki, hakim partiyadan olan deputatlar indidən narahatlıq keçirməkdədirlər.
Yerli ekspertlər belə hesab edirlər ki, Serj Sarkisyan “Daşnaksutyun”la əməkdaşlığa getməklə həm də sələfi Robert Koçaryana növbəti dəfə xəyanət etmiş olub. Belə ki, son vaxtlaradək “Daşnaksutyun” partiyasının adı daha çox sabiq prezident Robert Koçaryanla birgə hallanırdı. Hətta belə güman edilirdi ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində Robert Koçaryan məhz bu partiyadan namizəd kimi irəli sürüləcək.
Lakin ötən ilin sonunda saxta refedendum keçirməklə Serj Sarkisyan nəinki Robert Koçaryanın bu arzusunu gözündə qoymuş oldu, hətta son addımı ilə onun, ümumiyyətlə, hakimiyyətə gəlmək şansını heçə endirdi.
Xatırladaq ki, ötən il dekabrın 6-da keçirilən referendumla Ermənistanın konstitusiya quruluşuna ciddi dəyişiklik edilib. Ölkə prezident üsul-idarəli respublikadan parlament respublikasına keçib. Başqa sözlə, prezidentin əsas səlahiyyətləri bundan sonra baş nazirə keçib. Müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısını isə parlament üzvləri seçəcək. Daha dəqiq desək, 2017-ci ildə keçiriləcək parlament seçkilərini saxtalaşdırmaqla hazırkı iqtidarda olan Respublika partiyası Serj Sarkisyanı ölkənin baş naziri etməyə hazırlaşır. Əgər referendum baş tutmasa idi belə, onun parlament sədri vəzifəsinə seçiləcəyi indidən hazırlanmışdı. Çünki hazırkı parlamentdə hakim partiya proporsional sistem üzrə seçilmiş 90 yerdən 69-na sahibdir. Yerli analitiklər belə hesab edirlər ki, referenduma görə ölkədə majoritar seçki sisteminin ləğv olunması ilə parlamentdəki 41 deputat yerinin əksəriyyətinin iqtidar partiyasına keçəcəyi nəzərdə tutulur. Başqa sözlə, istənilən halda, 2017-ci ildəki parlament seçkisinin nəticələrinin saxtalaşdırılacağı indidən gün kimi aydındır. Belə ki, S.Sarkisyanın prezidentlik müddəti hələ 2018-ci ildə başa çatacaq. Və 2017-2018-ci illər ölkədə keçid dövrü elan olunacaq, keçid hökuməti qurulacaq. Ekspertlər belə hesab edirlər ki, bundan sonrakı mərhələdə isə Serj Sarkisyanın hakimiyyətdə yenidən zühur etməsi üçün heç bir əngəl qalmayacaq. Və parlament səsverməsi ilə S.Sarkisyan yenidən ölkənin birinci şəxsi - baş nazir postuna gətiriləcək.
Amma parlament seçkilərinə təqribən ilyarım qalıb və hadisələrin bu şəkildə davam etməsi Serj Sarkisyan üçün yaxşı heç nə vəd etmir. Belə ki, yerli ekspertlərin fikrincə, ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan olsa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə, hakimiyyət uğrunda mübarizə hələ bundan sonra daha da qızışacaq. Xəyanət etdiyi sələfləri - Levon Ter-Petrosyan və Robert Koçaryan, eləcə də onları dəstəkləyən qüvvələr bir yana, müxalifətdən olan partiyaların hakimiyyət arzusu ölkədə qüvvələr balansını dəyişə bilər. Bu isə Serj Sarkisyan üçün heç də xoş olmayan nəticələrə yol aça bilər. Yerli ekspertlərin bu proqnozlarının nə qədər real olduğunu isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

