Ağır iqtisadi vəziyyət, siyasi böhran Ermənistanı tənəzzülün son həddinə çatdırıb
11.09.2015 [10:08]
Miqrasiya edənlərin sayının artması ilə yanaşı, işğalçı ölkəyə gələnlərin sayı da rekord səviyyədə azalıb
Son dövrlərdə Ermənistanın siyasi, sosial-iqtisadi vəziyyəti daha da pisləşib. İşğalçı ölkədə məmur özbaşınalığı geniş vüsət alıb, yoxsulluğun səviyyəsi yüksəlib. Mövcud korrupsiya, inhisarçılıq, inflyasiya, ifrat yoxsulluq, orduda özbaşınalıq, yaşanan siyasi böhran, eləcə də cinayətkarlıq, miqrasiya hallarının artması Ermənistanda həyat səviyyəsinin getdikcə pisləşməsinə yol açıb. Elə bu səbəbdəndir ki, işğalçı ölkədən miqrasiya edənlərin sayı durmadan artır. Görünən odur ki, ermənilər öz ölkələrini tərk etməkdə maraqlıdırlar və miqrasiya prosesinin indiki templə davam edəcəyi təqdirdə Ermənistanın əhalisiz ölkəyə çevriləcəyi erməni sosioloqlarının özləri tərəfindən də açıq etiraf olunur. Məsələ burasındadır ki, hazırkı iqtidar miqrasiyanın qarşısının alınmasında acizdir.
Vurğulandığı kimi, miqrasiyanın ildən-ilə artmasının arxasında duran səbəblərdən ən əsası iqtisadi diskriminasiyadır. Məhz Ermənistan hakimiyyətinin apardığı siyasət nəticəsində ölkədə iqtisadi distabillik hökm sürür, əhalinin yoxsulluq səviyyəsi artır. Qeyd edək ki, bir sıra xarici sorğu mərkəzlərinin apardığı sorğularda ortaya çıxan rəqəmlər də bunu sübut edir. Sorğuda iştirak edən Ermənistan vətəndaşları işsizliyin təhlükəli həddə olduğunu bildirib, inflyasiyanı təhlükəli problem kimi dəyərləndiriblər. Eləcə də işğalçı ölkədə baş alıb gedən korrupsiyanın əhalinin sosial durumuna ciddi təsir etdiyi vurğulanıb.
Ən əsası isə, Ermənistanda bölgələrin inkişafı yox dərəcədədir. Qeyd edək ki, miqrasiyanın həddinin artması kəndlərin tam şəkildə boşalmasına yol açıb. Sadə ermənilər isə işsizlik səbəbindən ölkəni tərk etməyə məcbur olduqlarını dilə gətiriblər. Bundan başqa, bölgələrdə işsizliyin artması kriminal hadisələrin də çoxalmasına yol açır. Bu faktlar isə özlüyündə Ermənistanın durumunun ağırlığını göz önünə gətirir.
İşğalçı ölkədən miqrasiya edənlərin sayının artması fonunda Ermənistana səfər edənlərin sayı da durmadan azalır.
Qeyd etdiyimiz kimi, yaşanan aclıq, səfalət, işsizliyin artması faktları işğalçı ölkədə kriminal halların artmasına, eləcə də intiharların sayının çoxalmasına gətirib çıxarıb. Bu arada Ermənistanın hökumət binasında intihar hadisəsi baş verib. KİV-lərdə yayılan məlumatlarda bildirilir ki, binanın mühafizə xidmətinin əməkdaşı, 32 yaşlı Lüdviq Ovanisyan silahla atəş açaraq özünü öldürməyə cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Hökumətin aparat rəhbəri David Artunyan faktı təsdiqləyib və həmin şəxsin öz əməkdaşları deyil, mühafizə xidməti göstərən şirkətin əməkdaşı olduğunu bildirib. L.Ovanisyan intihar cəhdindən əvvəl məktub yazıb. Lakin məktubun mətni hələlik açıqlanmayıb.
Bir sözlə, Ermənistanda son bir neçə ayda baş verən mitinqlər, etirazlar bir daha göstərdi ki, əhali ilə iqtidar arasında yaranan uçurum dərinləşməkdədir. Əhalidə hakimiyyətə qarşı yaranan narazılığın günü-gündən artması isə Sarkisyan rejiminin daha da azğınlaşmasına yol açıb. Hətta bu qədər dözülməz iqtisadi durumun hökm sürdüyü zamanda əhaliyə satılan təbii qazın qiymətlərinin artırılması, enerji daşıyıcılarının qiymətlərini fantastik həddə çatdırması Sarkisyan hakimiyyətinin öz xalqına qarşı yürütdüyü siyasətin əsl mahiyyətini açır. Eyni zamanda, ərzaq və qeyri-ərzaq məhsullarının, xidmət tariflərinin və digər məhsulların qiymətlərindəki yüksəliş onsuz da ağır durumda olan Ermənistanda yaxın zaman ərzində yenidən inflyasiyanın dözülməz həddə çatacağından xəbər verir.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55

