Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda siyasi gərginlik qarşıdurmalarla əvəzlənir

Ermənistanda siyasi gərginlik qarşıdurmalarla əvəzlənir

12.08.2015 [09:50]

Sarkisyan rejiminin əməllərinə etiraz edənlər polis zorakılığına məruz qalıblar
Ermənistanda ictimai-siyasi vəziyyət gün keçdikcə daha da ağırlaşır. Elektrik enerjisinin qiymətlərinin artmasına etiraz olaraq keçirilən mitinqlər artıq öz arealını genişləndirir. Belə ki, etiraz aksiyaları davam etdikcə iqtisadi tələblər siyasi tələblərlə əvəz olunur. Eyni zamanda, Ermənistanın paytaxtında elektrik enerjisi tariflərinin qaldırılması qərarının ləğv edilməsi tələbi ilə bir neçə gündür başlanan silsilə mitinqlərdə iştirakçıların sayı rekord həddə çatıb. Öz növbəsində, Sarkisyan rejimi etirazçılara qarşı polisin gücündən istifadə edir. Belə ki, avqustun 10-da səhər saatlarında Ermənistan polisi Yerevanın mərkəzində elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyanın qarşısını almaq məqsədilə zor tətbiq edib. Yerevanda mitinqin amansızlıqla dağıdılması zamanı saxlanılanlar arasında jurnalistlər də var. Yerli KİV-in məlumatına əsasən, müxtəlif polis şöbələrinə aparılan jurnalistlər arasında “Azadlıq” radiosunun Ermənistan xidməti, “Aykakan jamanak” qəzeti, “NETQ” nəşri, news.am, panarmenian.net saytlarının əməkdaşları da var. Bundan başqa, onlarla aksiya iştirakçısı saxlanılıb. Hüquq-mühafizə orqanları saxlanılanların sayı barədə məlumat veriləcəyini bildirib. Ermənistan mətbuatında kütləvi toqquşmalarda xəsarət alanlar barədə xəbərlər də yer alıb. Polis zorakılığı Yerevan küçələrində həddi aşıb. Yerevan polis rəisinin müavinin Valeri Osipyanın polis zorakılığına haqq qazandırması isə etirazçıları daha da qəzəbləndirib. Eyni zamanda, etirazçılar yeni-yeni aksiyalar keçirəcəklərini bildirirlər. Yayılan məlumatlara görə, “Qalx, Ermənistan!” vətəndaş hərəkatı növbəti ümumxalq mitinqinə qərar verib. Bu barədə hərəkatın üzvlərindən David Hovanisyan məlumat verib. Onun sözlərinə görə, fəallar sosial şəbəkələr vasitəsi ilə çağırışlar edib, hər kəsi Ermənistan hakimiyyətinin yürütdüyü səriştəsiz siyasətə qarşı birləşməyə çağırıblar. Ermənistan hökumətinin Vorotan çayı üzərindəki su elektrik stansiyasının kaskadının satışı ilə bağlı açıqlaması isə ermənilərin əsəbini tarıma çəkib. Etirazçılar Sarkisyanı Ermənistan Elektrik Şəbəkələri şirkətinin borclarının sadə xalqın cibindən ödənilməsi əvəzinə şirkətin fəaliyyətini yoxlamağa çağırıb. Hətta şirkətin milliləşdirilməsi də tələb edilib. Hökumət isə artıq Vorotan elektrik stansiyası kompleksinin 180 milyon dollara satılması haqqında razılıq əldə edib. Bu açıqlamadan sonra “Qalx, Ermənistan!” hərəkatı elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı mübarizə aparan digər ictimai hərəkatlarla birlikdə avqustun 11-də Azadlıq meydanında ümumxalq mitinqinin keçirilməsi haqqında qərar verib.
Kampaniya təşkilatçılarından biri “Qalx, Ermənistan!” hərəkatının rəhbəri Andreas Qukasyan bildirib ki, sadə xalqı düşünməyən məmurlar hakimiyyətdən getməlidir.
Beləliklə, yayılan məlumatlara görə, “Qalx, Ermənistan!” hərəkatının təşəbbüsü ilə dünən Yerevanda etiraz aksiyası keçirməyə cəhd olub. Lakin daha əvvəl küçə və meydanlarda mövqe tutmuş güc strukturlarının hissələri etirazçılara qarşı amansızcasına davranıblar. Yerevanın ayrı-ayrı küçələrində polislə baş vermiş toqquşmalarda həbs olunanlar var. Buna baxmayaraq ekspertlər Yerevanda hər gün polis gücü ilə iğtişaşın qarşısının alınmasının mümkün olmayacağını, ciddi islahatların keçirilməsinə ehtiyacın olduğunu bildiriblər.
Emin KƏRİMOV

 
Paylaş:
Baxılıb: 1119 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31