Sarkisyan rejiminə qarşı yeni hərəkat yaradılıb
02.07.2015 [09:51]
Ermənistanda etiraz aksiyalarının növbəti mərhələsi başlayır
Ermənistanda etiraz aksiyalarının yeni mərhələsi başlayır. Artıq əhalinin Sarkisyan rejiminə qarşı mübarizəsi yeni müstəviyə keçir. Belə ki, paytaxt İrəvanın mərkəzində keçirilən etiraz aksiyasının iştirakçıları yeni vətəndaş hərəkatının yaradılmasını bəyan ediblər. Bu barədə hərəkatın fəalı David Sanasaryan bildirib: “Hələ ki hərəkatın adı yoxdur. Əsas məzmun və mahiyyətdir. Hazırda ən əsas məsələ - vətəndaş hərəkatının düzgün qurulmasıdır”, - deyə D.Sanasaryan qeyd edib. Onun sözlərinə görə, artıq yeni yaradılmış hərəkatın müvafiq komitələri də mövcuddur. D.Sanasaryan “Talana yox” aksiyasının təşkilatçılarına minnətdarlığını bildirib: “Onlar gələcək mübarizənin bünövrəsini qoydular”.
O əlavə edib ki, yeni hərəkat digər tələblər də irəli sürə bilər.
Bu arada Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya prezidenti ilə telefon danışığı olub. Bəzi ekspertlər hesab edirlər ki, telefon danışığında Ermənistandakı gərgin vəziyyət müzakirə olunub. Amma Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov telefon danışığı zamanı Ermənistandakı gərgin vəziyyətin müzakirə olunub-olunmadığı ilə bağlı sualı cavablandırarkən deyib ki, Ermənistandakı elektrik enerjisinin qiyməti Rusiya ilə müzakirə edilə bilməz. “Elektrik enerjisinin qiyməti Ermənistanın daxili məsələsidir. Şübhəsiz ki, bu məsələ Rusiya ilə müzakirə edilə bilməz”, - deyə D.Peskov qeyd edib. Bununla yanaşı, Rusiya prezidentinin mətbuat katibi bildirib ki, məsələ ikitərəfli əlaqələr kontekstində müzakirə olunub.
Qeyd edək ki, əhalinin narazılığı fonunda Ermənistan hökuməti minimum əməkhaqqını iyulun 1-dən 55 min dramadək (116,26 dollar) yüksəltməyi nəzərdə tutur. Ölkə rəsmiləri bu addımın pensiya sistemində yoxsulluğun səviyyəsinin artmasının qarşısının alınmasına əhəmiyyətli dərəcədə imkan yaradacağını bildirsələr də, amma bunun hansı mənbələr hesabına baş tutacağı barədə bir kəlmə belə deməyiblər. Təbii ki, erməni iqtidarının bu “yağlı” vədləri hazırda baş qaldıran vətəndaş hərəkatının sovuşdurulmasına xidmət edir.
Amma əhali hakimiyyətin bu qərarına inanmadığını açıq-aydın söyləyir. Qeyd edilir ki, bu, sadəcə, hakimiyyətin etiraz aksiyasını dağıtmaq, hakimiyyətlərini istədikləri kimi sürdürmək üçün növbəti fırıldağıdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38

