Qərb ilə Rusiya arasında “sanksiya müharibəsi” nə vəd edir?
09.08.2014 [11:00]
Ekspertlərin fikrincə, Rusiya iqtisadiyyatına yönələn təzyiqlərin təsiri qlobal miqyasda özünü göstərə bilər
Məlum olduğu kimi, Avropa İttifaqı (Aİ) və ABŞ bu günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Avropa İttifaqının sanksiyalarla bağlı yaydığı bəyanatda bildirilir ki, bu addımın məqsədi Rusiya dövlətinə məxsus maliyyə institutlarının ittifaqın maliyyə bazarlarına çıxışının məhdudlaşdırılması, silah ticarətinə embarqo qoyulması, hərbi məqsədlər üçün istifadə oluna bilən məhsulların Rusiyaya ixracına qadağa qoyulması və Rusiyanın neft sektoru üzrə zəruri texnologiyalara sahiblənməsinə maneə törədilməsidir. Son sanksiyaların əvvəlkilərlə müqayisədə daha sərt olması Qərbin Rusiyaya qarşı təzyiqləri artırmasından xəbər verir. Ümumilikdə, son aylarda Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkənin ən iri banklarını, oliqarxlarını, dövlət xadimlərini hədəfə alıb, onların Qərbdəki hesablarının dondurulması, vizaların verilməsinə qadağalar şəklində özünü göstərib. Ümumilikdə, Rusiyanın Ukrayna hadisələrindəki mövqeyi ilə əlaqədar tətbiq olunan sanksiyalar 100-ə yaxın şəxsi, 20-dən artıq müəssisəni əhatə edir. Sanksiyaların bir hissəsi isə Krımla ticarət əlaqələrinə, bölgəyə yatırımlar edilməsinə qadağaların qoyulmasından ibarətdir.
Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edən ölkələrin içərisində Qərb cəbhəsində yer alan Yaponiya da var. Rusiyanın Krımı ilhaqına etiraz olaraq rəsmi Tokio Moskva ilə viza rejiminin yüngülləşdirilməsi üzrə məsləhətləşmələri, investisiya, kosmik sənaye, hərbi sahələrdə əməkdaşlığa hesablanan bir sıra layihələrin işlənməsini dayandırıb.
Mütəxəssislər sanksiyaların qısamüddətli perspektivdə Rusiya iqtisadiyyatına ciddi zərbə vurmayacağını, lakin aylar keçdikcə mənfi təsirlərin özünü daha qabarıq göstərə biləcəyini bildirirlər. Rusiya rəsmilərinin sözlərinə görə, sanksiyalar ölkənin bank sektorundakı qurumların 30 faizinin fəaliyyətində məhdudiyyətlər yaradacaq. Sanksiyaların maliyyə sektoruna vuracağı zərbəni yüngülləşdirmək üçün Rusiyanın mərkəzi bankı hədəfə alınan banklara yardım edəcəyini bildirib.
RUSİYANIN HÜCUM XARAKTERLİ MÜDAFİƏ TAKTİKASI
Rusiya tərəfi də sanksiyaların qarşısında passiv özünümüdafiə mövqeyi ilə kifayətlənməyərək Qərb ölkələrinə və Ukraynaya qarşı əks sanksiyalar tətbiq edir. Xatırladaq ki, bu üsuldan dəfələrlə yararlanan Rusiya ötən illərdə yaranan qarşıdurmalar zəminində Gürcüstan və Moldovaya da sanksiyalar tətbiq etmişdi. Gürcüstana tətbiq olunan sanksiyalar sonradan aradan qaldırılsa da, Moldovadan Rusiyaya çaxır və meyvə idxalına qoyulan qadağa hələ də saxlanılır.
Bir sıra Qərb ölkələrinin rəsmilərinin ölkəyə girişinə qadağa qoyan Rusiya əsl “sanksiya savaşını” Ukrayna ilə aparır. Rəsmi Kiyevin Rusiyadan daxil olan bir sıra ərzaq məhsullarının idxalını məhdudlaşdırmasından sonra bənzər addımı Kreml də Ukraynaya məxsus ərzaq məhsulları ilə bağlı atıb. Kreml, həmçinin, Ukrayna hadisələrində Rusiyaya qarşı fəal çıxış edən Polşaya da sanksiya tətbiq edərək avqustun 1-dən etibarən bu ölkədən meyvə-tərəvəz idxalını məhdudlaşdırıb.
Lakin sanksiyalar demək olar ki, Rusiya ilə Avropa İttifaqını və Ukraynanı bir-biri ilə bağlayan strateji əhəmiyyətli sahə - təbii qaz sektorundan yan keçir. 28 Aİ üzvündən 6-sı özünün “mavi yanacağa” olan tələbatını demək olar ki, sırf Rusiya qazı hesabına ödəyir. 11 ölkənin qaz idxalında isə Rusiya aparıcı yerdədir. Rusiyadan Avropaya ötürülən qaz məlum olduğu kimi, əsasən Ukrayna ərazisindən keçən kəmərlərlə daşınır. Bu amil bölgədə olduqca həssas vəziyyət yaradır. Avropaya qaz ixracının tamamilə dayandırılması nə Rusiyanın, nə də Aİ ölkələrinin maraqlarına uyğundur. Buna baxmayaraq, Rusiyanın Avropaya göndərdiyi qazın Ukrayna üçün nəzərdə tutulan hissəsini ixtisar etməsi region ölkələrinin qazla təminatında problemlərə səbəb ola bilər.
SANKSİYALARIN AVROPA VƏ DÜNYA İQTİSADİYYATINA GÖZLƏNİLƏN TƏSİRİ
Məlumdur ki, sanksiyaların təsiri heç də birtərəfli xarakter daşımır, yəni, sanksiya tətbiq edilənlə yanaşı, onu tətbiq edən də zərərə uğrayır, müəyyən əməkdaşlıq perspektivlərindən məhrum olur. Bu baxımdan, Rusiya ilə sıx maliyyə, iqtisadi əlaqələrə malik olan Avropa İttifaqı ölkələri üçün Rusiyaya tətbiq olunan sanksiyalar böyük maliyyə itkisi deməkdir. Məsələn, qadağalar nəticəsində Almaniyanın Rusiyaya ixracatında 17 faiz azalma baş verib. Avstriyanın Rusiyaya ixracatının isə 20 faiz azalacağı gözlənilir.
Britaniyanın xarici işlər naziri Filip Hammond sanksiyalardan ölkəsinin iqtisadiyyatının da zərər görəcəyi barədə xəbərdarlıq edib və bunun üçün “yumurtanı qırmadan qayğanaq bişirmək olmaz” deyərək maraqlı müqayisə də göstərib. Sanksiyaların Aİ iqtisadiyyatına vuracağı yüz milyonlarla avro miqdarında zərər “qırılan yumurtaların” sayının arta biləcəyindən xəbər verir.
Rusiyaya yönələn sanksiyaların Cənubi Qafqaz regionuna təsirinə gəlincə, burada şübhəsiz, iqtisadiyyatı Rusiyadan tam asılı olan Ermənistan ciddi təhlükə ilə üz-üzədir. Sırf xarici köçürmələr hesabına yaşayan Ermənistandakı fiziki şəxslərin bank hesablarına olan köçürmələrin 81 faizi Rusiyadan gəlir. Lakin sanksiyaların Rusiya iqtisadiyyatına, maliyyə sektoruna təsiri zəminində Ermənistana edilən pul köçürmələrinin azalacağı gözlənilir. Bu isə Ermənistan əhalisinin maddi durumunu daha da pisləşdirməklə bərabər, xaricə miqrasiyanı bir qədər də artıra bilər.
Qərb ilə Rusiya arasındakı sanksiya müharibəsinin təkcə Avropa deyil, dünya iqtisadiyyatına mümkün təsirləri barədə ehtimallar irəli sürülür. Məsələn, Beynəlxalq Valyuta Fondu (BVF) Qərbin Rusiyaya yönələn sanksiyalarının mənfi nəticələrinin özünü qlobal miqyasda göstərə biləcəyini bəyan edib. BVF xüsusi risklə üzləşən maliyyə qurumları arasında Avstriya, İsveç, Fransa və İtaliya banklarının olduğunu bildirib. Qurum iqtisadi gərginliyin Mərkəzi Asiya regionuna və digər bölgələrə də yayılma ehtimalını irəli sürüb.
Hülya
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37

