/ / Alimlər qasırğaların gücünü müəyyənləşdirilməsində yeni altıncı kateqoriyanın tətbiqini təklif ediblər
Alimlər qasırğaların gücünü müəyyənləşdirilməsində yeni altıncı kateqoriyanın tətbiqini təklif ediblər
08.11.2025 [14:51]
Mütəxəssislər hesab edirlər ki, qasırğaların gücünü müəyyən etmək üçün istifadə olunan beş ballıq şkala artıq kifayət etmir. Onların fikrincə, altıncı kateqoriyanın tətbiq edilməsinin vaxtı çatıb. Bu qənaətə gəlmələrinə, o cümlədən, son vaxtlar baş verən “Melissa” qasırğası səbəb olub.
Yamayka tarixində ən güclü fırtına kimi qeydə alınan “Melissa” haqqında Pensilvaniya Universitetinin iqlimşünası Maykl Mann “The Independent” nəşrinə bildirib ki, bu qasırğa demək olar, altıncı kateqoriyaya çatmışdı. Onun sözlərinə görə, belə gücə malik qasırğa saatda təxminən 310 kilometr sürətlə davamlı küləklərə malik olmalıdır. Belə fırtına beşinci kateqoriya qasırğalarına hesablanmış binaların daşıya biləcəyindən daha böyük dağıntılara səbəb ola bilər.
Mann qeyd edib ki, supergüclü fırtınalar artıq “yeni norma”ya çevrilir və gələcəkdə onların təsnifatı üçün yanaşmanı yenidən nəzərdən keçirmək zəruridir. Hazırkı aktual Saffir–Simpson şkalası küləyin sürətinə əsaslanır. Ekspertin fikrincə, beşinci kateqoriya ilə məhdudlaşmağın artıq mənası yoxdur.
2010-cu ildən istifadə olunan bu şkalaya görə, “The Nature Conservancy” təşkilatının baş elmi əməkdaşı Ketrin Heyxo bildirib ki, altıncı kateqoriyanın əlavə edilməsi iqlim dəyişmələrinin qasırğalara təsirinin artdığını rəsmi şəkildə tanımağa imkan verəcək. Onun fikrincə, gələcəkdə şkala yağıntı həcmini də nəzərə alacaq şəkildə tamamilə yenidən işlənməlidir, çünki daşqınların vurduğu zərər çox vaxt küləyin təsiri ilə bərabər olur.
Lakin bütün alimlər bu təklifi dəstəkləmir. Corciya Texnologiya İnstitutunun atmosfer və okean elmləri üzrə bakalavr proqramının direktoru Zaxari Xendlos bildirib ki, bu şkala uzun illərdir mövcuddur və əgər dəyişdirilərsə, əvvəlki məlumatlar yenidən işlənmədən yeni qasırğaları keçmişlə müqayisə etmək çətin olacaq.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16

