Hindistanda yerləşən Tar səhrasının sürətli yaşıllaşmasının sirri açılıb
14.04.2025 [17:48]
Son 20 il ərzində Hindistanın Tar səhrası 38 faiz yaşıllaşıb. Yeni tədqiqatda bildirilir ki, buna səbəb iqlim dəyişikliyi və kənd təsərrüfatı fəaliyyətinin genişlənməsidir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, son iki onillikdə səhrada daha çox insan məskunlaşıb və onlar bu ərazidə landşaftı dəyişərək onu həm kənd təsərrüfatı, həm də şəhər tipli mühitə çeviriblər. Bu da səhranın yaşıllaşmasının əsas səbəblərindən biri hesab olunur. Digər amil isə bölgədə musson yağışlarının artmasına səbəb olan iqlim dəyişikliyidir.
Tar səhrası Hindistanın şimal-qərbində və Pakistanın cənub-şərqində yerləşir və 200 min kvadrat kilometr sahəni əhatə edir. Dünyada bir çox səhralar artan quraqlıqdan əziyyət çəkdiyi halda, Tar səhrası şəhər və kənd təsərrüfatı inkişafının mərkəzinə çevrilərək 16 milyondan çox əhalisi ilə dünyanın ən sıx məskunlaşmış səhrası olub.
“Su və enerjiyə çıxış imkanlarının artması kənd təsərrüfatı və şəhər ərazilərinin genişlənməsinə, həmçinin bu bölgədə məhsuldarlığın ciddi şəkildə artmasına gətirib çıxarıb”, – deyə tədqiqatın həmmüəllifi Vimal Mişra bildirib.
“Cell Reports Sustainability” jurnalında dərc olunmuş yeni tədqiqatda 2001–2023-cü illər arasında peyk məlumatları təhlil edilib. Mişra və onun komandası bu dövrdə səhranın orta hesabla 38 faiz yaşıllaşdığını, peyk görüntülərində isə daha çox bitki örtüyünün göründüyünü müəyyən ediblər.
Yaşıllaşma prosesinin səbəblərini anlamaq üçün tədqiqatçılar Tar səhrasında əhali artımı, suvarma infrastrukturu və iqlim modellərinə dair tarixi məlumatları araşdırıblar.
Araşdırmanın nəticələrinə görə, səhranın yaşıllaşması, ilk növbədə, yay musson mövsümlərində yağıntıların 64 faiz artması, ikincisi isə musson olmayan dövrlərdə yeraltı suların səthə çıxarılmasını təmin edən suvarma infrastrukturu ilə bağlıdır.
Tədqiqatçılar ehtimal edirlər ki, Tar səhrasında su ehtiyatlarının dayanıqlı idarə olunması bu ərazinin artan əhali sayına uyğunlaşmasına və həyat şəraitinin davamlılığını təmin etməsinə kömək edə bilər. Lakin temperaturun qalxması burada yaşayan 16 milyon insan üçün təhlükə yarada, eyni zamanda suvarma məqsədilə yeraltı suların həddindən artıq istifadəsi resursların tükənməsinə gətirib çıxara bilər.
Ayrı-ayrı tədqiqatlar aparan alimlər XXI əsrin sonuna qədər bu landşaftın daha böyük bir hissəsinin yaşıllaşacağını proqnozlaşdırırlar.
Bu dəyişikliklər bölgənin ərzaq təhlükəsizliyini artırsa da, səhraya uyğunlaşmış heyvan növlərinin bioloji müxtəlifliyini və ənənəvi köçəri təsərrüfat üsullarını təhlükə altına qoya bilər. Alimlər xəbərdarlıq ediblər ki, inkişaf prosesi zamanı bu aspektlərin qorunması zəruri şəkildə nəzərə alınmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

