Əli Kərimli heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb
10.08.2019 [10:25]
Bütün siyasi bioqrafiyası Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik üzərində qurulan bu şəxs hətta ən qatı erməni milliyyətçilərinin belə demədiyini deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir
1991-1993-cü illərdə ölkəni təhlükəli böhrana sürükləyən AXC-“Müsavat” hakimiyyətində təmsil olunmuş, hakimiyyəti itirdikdən sonra isə radikal müxalifətçilik yolu tutmuş Əli Kərimli və yaxın ətrafı buraxdıqları səhvlərdən nəticə çıxarmaq əvəzinə antimilli, qeyri-konstruktiv fəaliyyətlərini davam etdirməkdədirlər. Qeyd etmək lazımdır ki, Əli Kərimlinin, əslində, qorxaq, cəsarətsiz, pula həris, öz mənafeyini milli maraqlardan üstün tutan, mənsub olduğu komandanı belə öz siyasi iddiaları naminə istismar edən birisi olduğu heç kimə sirr deyil. Onunla eyni vaxtda tələbə təşkilatlarında, daha sonra isə AXCP-də təmsil olunmuş şəxslərin də qeyd etdikləri kimi, nəinki Ə.Kərimli heç zaman Azərbaycan torpaqlarının müdafiəsində iştirak etməyib, hətta ailə üzvləri belə Azərbaycan ordusu sıralarında xidmət göstərməyiblər. O ki qaldı Ə.Kərimlinin guya vaxtilə Dağlıq Qarabağda hərbi əməliyyatlarda iştirak etməsinə, bu da yalandır. Belə ki, Ə.Kərimli komsomol katibi kimi vaxtilə özünümüdafiə dəstələrinə köməyə gedən tələbələrə, sadəcə, baş çəkmək üçün ali məktəb rəhbərliyi tərəfindən Laçına göndərilib. Bu gün ictimai rəyi aldatmağa çalışan və bunu Qarabağın müdafiəsində iştirak kimi qələmə vermək istəyən Ə.Kərimlinin bu iddiaları onu tanıyanlar tərəfindən ikrahla qarşılanır.
Vurğulandığı kimi, Ə.Kərimlinin təmsil olunduğu hakimiyyətin ardıcıl səhvləri, naşılığı nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycan ciddi problemlərlə üz-üzə qaldı. Ölkə daxilində anarxiya və xaos, vətəndaş qarşıdurması, özbaşına silahlı dəstələrin hökmranlığı, iqtisadiyyatın talan olunması, Ermənistanın təcavüzünə və torpaqlarımızın işğalına baxmayaraq, hətta ölkəmizə qarşı ağır sanksiyaların tətbiq edilməsi məhz siyasətdən uzaq və mağara təfəkkürlü şəxslərin idarəçiliyinin acı nəticələri idi. AXC-“Müsavat” hakimiyyəti zamanı dövlət katibi postu tutan Ə.Kərimliyə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid konsepsiyanın hazırlanması da daxil olmaqla xarici siyasət sahəsi həvalə olunmuşdu. Amma başı “daha mühüm” işlərə - məsələn, “Moskva” və “Naxçıvan” mehmanxanalarının satışının tənzimlənməsinə qarışan dövlət katibi öz “fəaliyyəti” ilə sübut etdi ki, onun şəxsi maraqları ən ümdə ümummilli problemlərdən də üstündür. Sonrakı mərhələdə isə xarici fondlardan, səfirliklərdən verilən pulların qarşılığında ölkəmizə, xalqımıza qarşı mövqe tutan Ə.Kərimli öz “fəaliyyət” sferasını daha da genişləndirdi. Belə ki, 1999-cu ildə Qarabağla bağlı birləşmiş müxalifətin keçirəcəyi mitinq də Ə.Kərimlinin ABŞ səfirliyindən böyük miqdarda pul almasından sonra ləğv edilmişdi. Eləcə də Ə.Kərimli Brüsselə son səfəri zamanı iddia edirdi ki, Azərbaycanın indiki iqtidarının hakimiyyətdə qalması guya sülhə təhlükədir. Yalnız Ermənistanda və Azərbaycanda demokratik qüvvələrin hakimiyyətə gəlməsi problemin sülh yolu ilə həllini təmin edə bilər. Ə.Kərimlinin təbirincə, əgər bu münaqişə “hər iki ölkədə demokratiyanın bərqərar olması” nəticəsində həll edilə bilərsə, onda Kərimli necə izah edə bilər ki, bu münaqişə onların “demokratik prezident” adlandırdıqları Əbülfəz Elçibəy və Qərbin hakimiyyətə gətirdiyi Levon Ter-Petrosyanın vaxtında pik həddə çatıb. O zaman onlar niyə problemi danışıqlar yolu ilə həll etməyiblər?! O cümlədən Ə.Kərimlinin məntiqindən belə görünür ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda yaşayan ermənilərin hüquqlarının pozulması nəticəsində başlayıb. Necə deyərlər, Əli Kərimli hətta ən qatı erməni milliyyətçilərinin belə demədiyini deyir, onlara öz iddialarını möhkəmləndirmək üçün əsas verir.
Əli Kərimlinin absurd iddialarının əksinə olaraq, bu gün təcrübə göstərir ki, Qərb Ermənistanı təkcə Paşinyan hakimiyyətə gələndən sonra yox, həmişə dəstəkləyib. Nəzərə alınmalıdır ki, 907-ci düzəliş də Ə.Kərimlinin mənsub olduğu hakimiyyətin dövründə Azərbaycana tətbiq olunub.
Digər tərəfdən, Ermənistanda “məxməri inqilab” başlayan zaman Əli Kərimli israrla Azərbaycan hakimiyyətini Qarabağda müharibəyə başlamamağa çağırırdı. Maraqlıdır ki, bir müddət öncə Keşikçidağ məsələsində isə Ə.Kərimli Azərbaycan hərbçilərini cəsarətsizlikdə ittiham etdi. Bu məntiqsizlik bir daha göstərir ki, Əli Kərimlinin fəaliyyətinin və iddialarının iki mənbəyi var: xarici sifariş və şəxsi mənafe.
Qeyd edildiyi kimi, Əli Kərimlinin bütün siyasi bioqrafiyası Azərbaycan dövləti və xalqına qarşı düşmənçilik üzərində qurulub. O, şəxsi maraqlarını reallaşdırmaq üçün təmsil olunduğu hakimiyyətin laxladılmasından, ictimaiyyət arasında Elçibəyin gözdən salınmasından, onun ətrafının partiyadan uzaqlaşdırılmasından, gənclərin zombiləşdirilməsindən və digər bu kimi addımlardan belə çəkinməyib. Hətta vaxtilə AXC-də təmsil olunan şəxslər belə Ə.Kərimlinin Ə.Elçibəyin əleyhinə iyrənc təbliğatlar apardığını etiraf etmişdi. Necə deyərlər, vaxtilə öz liderinə xəyanət edən birisinin xalqına, dövlətinə xəyanəti təəccüblə qarşılanmamalıdır. Bu fakt bir daha sübut edir ki, yalvarışla beynəlxalq birlikdən Azərbaycana qarşı sərt mövqe istəyən, Ermənistanı “demokratik” adlandıran və beləliklə də işğalçıların cinayətlərinə bəraət qazandıran, sosial şəbəkələri hakimiyyətə qarşı mübarizə meydanına çevirməyə çalışan, ölkədə baş verən istənilən hadisəni təhrif edərək ictimai rəyi çaşdıran Əli Kərimli heç vaxt Azərbaycan dövlətinin və xalqının yanında olmayıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

