“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on səkkizinci cildi çapdan çıxıb
12.09.2014 [10:01]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin on səkkizinci cildi çapdan çıxıb.
AzərTAc xəbər verir ki, nəşrin bu cildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qara Dəniz Biznes Forumunun iştirakçılarına təbrik məktubu ilə açılır.
Prezident İlham Əliyevin təbrik məktubunda deyilir: “Şərqin və Qərbin qovuşuğunda yerləşən Azərbaycan tarixi İpək Yolu vasitəsilə Qara dəniz hövzəsi dövlətləri ilə çoxəsrlik ticarət əlaqələrinə malikdir. Qara dəniz hövzəsi, eyni zamanda, ölkəmizin Avropaya inteqrasiyasında da körpü rolunu oynayır. Təsadüfi deyil ki, keçən əsrin sonlarında Qara dəniz və Xəzər dənizi hövzəsində yerləşən ölkələrin inkişafına dəstək və onların arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılan Qara Dəniz Ticarət və İnkişaf Bankı çox qısa dövr ərzində sürətlə inkişaf edərək ən nüfuzlu regional təşkilatlardan birinə çevrilmişdir. Azərbaycan Respublikası regionda iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına dəstək verən və vacib layihələrin maliyyələşdirilməsində fəal iştirak edən Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığa xüsusi diqqət yetirir”.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin oxuculara təqdim olunan on səkkizinci cildində Prezident İlham Əliyevin Azərbaycan tarixinin ən yeni dövrünün çox mühüm və əhəmiyyətli hadisəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin istismara verilməsinə həsr olunmuş mərasimdəki nitqi, Avropanın, ümumiyyətlə, dünyanın bir çox ölkələri ilə siyasi, iqtisadi, elmi-mədəni və digər sahələrdə uğurlu əməkdaşlığa dair çıxışları verilib.
Kitabda Prezident İlham Əliyevin ölkəmizdə ətraf mühitin mühafizəsi, regionların sosial-iqtisadi yüksəlişi, gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığı və intellektual səviyyəsinin yüksəldilməsi, idmanın inkişafı, həmçinin ictimai-siyasi həyatın digər məsələləri ilə bağlı çıxışları və nitqləri geniş yer tutur.
On səkkizinci cilddə, həmçinin Prezident İlham Əliyevin Azərbaycana səfərə gələn bir sıra dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşləri, kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyinə dair fikirləri əksini tapıb.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin iyunundan avqustunadək olan dövrü əhatə edir.
“Azərnəşr” tərəfindən buraxılmış on səkkizinci cildin hazırlanmasında Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

