Şəki-Zaqatala bölgəsi rayonlarında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar təşkil edilib
06.08.2013 [08:29]
Avqustun 5-də Şəki-Zaqatala bölgəsi rayonlarında fəaliyyət göstərən seçki dairələrinin dairə seçki komissiyalarında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar başlanıb.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrasına uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə keçirilən bu kurslar üç gün davam edəcək.
AzərTAc xəbər verir ki, Şəkidə fəaliyyət göstərən 113 saylı Şəki şəhər, 114 saylı Şəki kənd birinci və 115 saylı Şəki kənd ikinci seçki dairələrinin dairə seçki komissiyalarında təşkil olunan kurslarda hər üç dairə üzrə, ümumilikdə, 25 nəfər dairə seçki komissiyasının üzvü və 109 nəfər məntəqə seçki komissiyasının sədri iştirak edir.
Təlimlərin ilk günündə “Seçki siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə orqanlarının rolu”, “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri”, “Seçki siyahıları ilə iş qaydası” mövzularında məruzələr dinlənilib.
Kurslarda Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İradə Hacıyeva, MSK-nın təşkilat şöbəsinin böyük məsləhətçisi Fərid Əbilov, habelə şəhər İcra Hakimiyyətinin məsul nümayəndələri, şəhər məhkəməsinin sədr və əməkdaşları iştirak ediblər.
Məruzələrdə cari ilin oktyabrında keçiriləcək növbəti prezident seçkilərinə hazırlıq məsələləri barədə danışılıb, seçkilərin azad, demokratik və şəffaf keçirilməsini təmin etmək məqsədilə respublikanın bütün şəhər və rayonlarında dairə seçki komissiyaları üçün hər cür şəraitə malik olan yeni inzibati binaların tikilib istifadəyə verildiyi, komissiya üzvlərinin işi şəraitinin daha da yaxşılaşdırıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, 113 saylı Şəki şəhər və 115 saylı Şəki kənd ikinci seçki dairələrinin dairə seçki komissiyaları üçün 2013-cü ilin mayında hər cür şəraiti olan yeni inzibati binalar tikilib istifadəyə verilib.
MSK-nın təmsilçiləri dairə seçki komissiyaları üzvlərini və məntəqə seçki komissiyaları sədrlərini maraqlandıran məsələlərə aydınlıq gətiriblər.
109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasında da ixtisaslaşdırılmış kursların ilk günü MSK-nın tematik planı əsasında aparılıb. Təlimlərdə dairə seçki komissiyasının 6 üzvü və 33 məntəqə sədri iştirak edib.
Məruzələri dairə seçki komissiyasının sədri Vahid Əliyev, rayon məhkəməsinin sədri Rafiq Kazımov, habelə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri təqdim ediblər.
110 saylı Zaqatala və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda, ümumilikdə, dairə seçki komissiyalarının 18 üzvü və 83 nəfər məntəqə seçki komissiyasının sədri iştirak edib.
Təqdim olunan məruzələrdə məntəqə seçki komissiyaları sədrlərinin vəzifələri, məntəqələrin fəaliyyətlərinin təşkili barədə danışılıb, müvafiq tövsiyələr verilib.
112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasının sədri Abdukərim Əliyevin verdiyi məlumata görə, təlimlərdə 9 nəfər komissiya üzvü və 55 nəfər məntəqə seçki komissiyasının sədrləri ilə yanaşı, Qaxda məskunlaşan məcburi köçkünlərin qeydiyyatda olduqları rayonları təmsil edən 3 seçki məntəqəsinin sədrləri də iştirak ediblər.
Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev və MSK katibliyinin əməkdaşı Faiq Bəşirovun iştirakı ilə keçirilən təlimlərdə qeyd olunub ki, seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçməsi ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkil edilməsindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. Odur ki, komissiya sədrləri və üzvləri təlimatları daha dərindən öyrənməli, seçki qanununun tələblərinə ciddi əməl etməlidirlər.
117 saylı Oğuz-Qəbələ seçki dairəsi dairə seçki komissiyasında keçirilən təlimlər də MSK-nın tərtib etdiyi tematik plana uyğun aparılır. Dairə seçki komissiyasından verilən məlumata görə, ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının 6 üzvü və 57 nəfər məntəqə sədri iştirak edir.
Kursların ilk günündə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Naxçıvanski, rayon məhkəməsinin sədri Rəfail Şirinov və dairə seçki komissiyası sədrinin məruzələri dinlənilib.
İxtisaslaşdırılmış kurslar üç gün davam edəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

