Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Daxili siyasət / Respublika Prokurorluğu ölkədə ictimai-siyasi sabitliyin qorunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər görüb

Respublika Prokurorluğu ölkədə ictimai-siyasi sabitliyin qorunması və cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlər görüb

03.08.2013 [09:19]

Avqustun 2-də Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
AzərTAc xəbər verir ki, məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov bildirib ki, cari ilin birinci yarısında ölkə həyatının bütün sahələrində dinamik inkişaf yüksək templərlə davam edib, respublikamızın iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsinə, bütövlükdə Azərbaycanın və onun hər bir regionunun hərtərəfli sosial-iqtisadi inkişafına, əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinə istiqamətləndirilmiş siyasət öz müsbət nəticələrini verib. Əldə edilən nailiyyətlərin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq, müasir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət tədbirləri təşkil edib.
Dövlətimizin başçısının iyulun 18-də Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında toxunduğu məsələləri diqqətə çatdıran baş prokuror dünyanın əksər ölkələrində ciddi iqtisadi problemlərin yaşandığı bir şəraitdə Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişaf etdiyini, qarşıya qoyulmuş vəzifələrin müvəffəqiyyətlə icra olunduğunu, gələcəkdə iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasını təmin edəcək sahələrin artan templə inkişaf etdiyini xüsusi vurğulayıb.
Cinayətkarlıqla mübarizə sahəsində əsas diqqətin artım meyli müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində həyata keçirilən qabaqlayıcı tədbirlərin səmərəliliyinin yüksəldilməsinə yönəldilməsi, Daxili İşlər Nazirliyinin müvafiq qurumları ilə əlaqəli şəkildə hər bir ərazi vahidi üzrə bu istiqamətdə zəruri tədbirlərin görülməsi, 2013-cü ilin birinci yarısının yekunlarına görə və əvvəlki illərdən bağlı qalmış bütün cinayətlər üzrə istintaq və əməliyyat-axtarış tədbirlərinin intensivliyinin artırılması, cəzanın labüdlüyü prinsipinin təmin olunması, o cümlədən qəsdən adamöldürmə hadisələri ilə əlaqədar Bakı şəhərinin Nərimanov, Yasamal, Binəqədi, həmçinin Yevlax və Neftçala rayonlarının hər birində bir bağlı cinayətin açılması üçün bütün imkanlardan istifadə olunması barədə tapşırıqlar verilib.
Baş prokuror hesabat dövründə mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürü kimi korrupsiyaya qarşı kəsərli və yüksələn xətlə mütəmadi mübarizənin təşkili məsələsinin Azərbaycan Respublikası Prokurorluğunun qarşısında duran mühüm vəzifələrdən biri olduğunu xüsusi vurğulayıb. Dövlətimizin başçısı İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq, ölkə səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində fəaliyyəti daha da müasirləşdirilən, ixtisaslaşmış cinayət təqibi orqanı kimi səlahiyyətləri, ştat tərkibi artırılmaqla strukturu təkmilləşdirilən, işçilərinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti daha səmərəli və çevik olub. Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində idarə tərəfindən konkret zəruri tədbirlər həyata keçirilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən cari ilin birinci yarımilində 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 3237 müraciətin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorluqlar, ilk növbədə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsi, bu mənfi təzahürlərin qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verilib.
Əməliyyat müşavirəsində cari ilin oktyabrında ölkəmizin həyatında çox mühüm hadisə olan Azərbaycan Respublikası prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkə ərazisində qanunçuluğa əməl olunması, ictimai-siyasi sabitliyin qorunması və kriminogen durumun, xüsusilə dini ekstremizm və separatçılıq meyillərinin qarşısının alınmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı prokurorluq orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə edilib.
Xüsusi qeyd edilib ki, aparılmış rəy sorğularının nəticələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda “10 ilin dövlət adamı”, İslam Əməkdaşlığı Təşkilatı coğrafiyasında “İlin dövlət başçısı”, Böyük Britaniyanın nüfuzlu jurnalı tərəfindən “İlin adamı” seçilməsi, ən nəhayət, prezident seçkiləri ilə bağlı ümumrespublika ictimai rəy sorğusu iştirakçılarının 81,2 faizinin seçkilərdə məhz İlham Əliyevə səs verəcəklərini bildirmələrini xalqın öz rəhbərinə göstərdiyi etimadın, inamın, məhəbbətin məntiqi nəticəsidir.
Əməliyyat müşavirəsində 2013-cü ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə baş prokurorun birinci müavini Rüstəm Usubovun məruzəsi dinlənilib.
Müzakirələrdə çıxış edən baş prokurorun müavini Namiq Əsgərov prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin avtomatlaşdırılmış elektron test imtahanı üsulu ilə yoxlanılmasının nəticələri barədə, Dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətlə amnistiya elan edilməsi haqqında” Milli Məclisin Qərarının icrası ilə əlaqədar görülən işlər, baş prokurorun köməkçisi Günay İsmayılova bölgələr üzrə vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar həyata keçirilən tədbirlər barədə müşavirə iştirakçılarına ətraflı məlumat veriblər.
Əməliyyat müşavirəsində belə bir inam ifadə olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının kollektivi müstəqil dövlətçiliyimizin maraqlarının və insan hüquq və azadlıqlarının müdafiəsini, cinayətkarlığa qarşı yeni müstəvidə qətiyyətli mübarizə aparılmasını, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsini, prokurorluğa dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə işin təşkili üçün səlahiyyət hədləri daxilində bütün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Paylaş:
Baxılıb: 1949 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

YAP xəbərləri

Enerji siyasəti

12 Yanvar 22:32

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31