/ / Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi
Muxtar Babayev: Bakıdan Belenə gedən yol qlobal həmrəyliyin və etimadın bərpasının rəmzinə çevrildi
10.11.2025 [21:32]
Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayev COP30-un açılış mərasimində çıxışı zamanı COP29-un nəticələrindən, “Bakıdan Belenə” yol xəritəsindən və yeni maliyyə məqsədlərinin əhəmiyyətindən danışıb.
AZƏRTAC xəbər verir ki, Muxtar Babayev çıxışının əvvəlində COP29-un uğurla keçirilməsində payı olan tərəflərə dərin təşəkkürünü ifadə edib: “Bakıdan Belenə gedən bu səfəri mümkün edən hər kəsə səmimi minnətdarlığımı bildirirəm. İlk növbədə, Azərbaycanın Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Onun uzaqgörən liderliyi və COP-u Qafqaza gətirmək, regional əməkdaşlığı gücləndirmək istiqamətindəki təşəbbüsləri bizə yaşıl enerji, həm də sülhün yaşıl cücərtilərini bəxş etdi”, - deyə Muxtar Babayev vurğulayıb.
Muxtar Babayev COP29 komandasına, danışıqlarda iştirak edən nümayəndələrə, Gənclər və Yüksək Səviyyəli İqlim Çempionlarına, Katibliyə, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya nümayəndəliklərinə, eləcə də COP30-un yeni prezidenti, səfir Andre Korreya du Laqoya təşəkkür edib.
O qeyd edib ki, COP29 zamanı regionun ekoloji çağırışları – Xəzər dənizinin kiçilməsi, buzlaqların əriməsi və səhralaşmanın artması – birgə fəaliyyət zərurətini açıq şəkildə göstərdi: “Biz bu problemlər qarşısında birləşməli idik. Azərbaycanın məqsədi çoxtərəfli diplomatiyanı işlək mexanizmə çevirmək və ədalətli vasitəçi kimi ən yüksək səviyyədə nəticə əldə etmək idi. Biz ön cəbhədə dayanan ölkələrə və icmalara dəstək göstərməyi mənəvi borcumuz hesab etdik”. Muxtar Babayev çıxışında COP29-un ən böyük nailiyyətlərindən biri kimi Bakı Maliyyə Məqsədini (Baku Finance Goal) xüsusi vurğulayıb: “Çoxları bunun mümkün olmayacağını düşünürdü, lakin biz BMT tarixində ən böyük maliyyə öhdəliyini qəbul etdik. Bu məqsəd növbəti onillikdə Qlobal Cənuba göstəriləcək dəstəyin əsas istiqamətini müəyyənləşdirəcək”.
M.Babayev bildirib ki, bu məqsəd hər kəsi tam qane etməsə də, çoxtərəfli sistemin sabitliyinin qorunması baxımından həlledici əhəmiyyət daşıyırdı: “Bu, ya dönüş nöqtəsi, ya da itirilmiş fürsət ola bilərdi. Biz irəli addımladıq və sistemi sarsıtmaq əvəzinə, onun dayanıqlığını möhkəmləndirdik”.
COP29 prezidenti bəyan edib ki, artıq bəhanələrə yer yoxdur və donor ölkələr üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməlidirlər: “Biz zərbə altında olan icmalardan gözləntilərini azaltmağı xahiş etdik. İndi eyni ciddiyyətlə donor ölkələrdən də öhdəliklərini tam yerinə yetirmələrini tələb edirik. İnkişaf etmiş ölkələr bu prosesdə liderlik etməlidirlər”.
Muxtar Babayev COP29 zamanı qəbul edilən maliyyə istiqamətlərini də xatırladıb: “Biz donor ölkələrə “hesab-faktura” təqdim edirik. Bu sənəd onların artıq verdikləri vədləri və yerinə yetirməli olduqları əsas mərhələləri əhatə edir. 2025-ci ilə qədər adaptasiya maliyyəsinin ikiqat artırılması, 2030-cu ilə qədər isə BMT iqlim fondlarının üçqat artırılması vacibdir. Həmçinin 2035-ci ilə qədər 300 milyard dollarlıq maliyyə öhdəliyinin icrası üçün donor ölkələr konkret planlarını dərc etməlidirlər”.
Muxtar Babayev vurğulayıb ki, Bakı Maliyyə Məqsədi qlobal gündəmin ayrılmaz hissəsi olaraq qalacaq: “Keçmiş vədləri yerinə yetirməklə biz çoxtərəfli sistemə inamı bərpa edirik, etimadsızlıq divarlarını dağıdırıq və COP prosesinə yeni məqsədlilik qazandırırıq”.
Muxtar Babayev “Bakıdan Belenə” yol xəritəsini xatırladaraq qeyd edib ki, bu sənəd 1,3 trilyon dollarlıq iqlim maliyyəsinin yönləndirilməsi üçün konkret və real çərçivə təqdim edir: “Bu xəritə göstərdi ki, qlobal siyasi iradə və həmrəylik sayəsində mümkün olmayan yoxdur”.
Muxtar Babayev çıxışını COP prezidentlikləri arasındakı tarixi ötürmənin əhəmiyyətini vurğulamaqla tamamlayıb: “Paris Qaydalar Toplusunun bağlanması ilə yeni bir onilliyə – icra mərhələsinə daxil oluruq. Bu artıq müzakirə deyil, tətbiq dövrüdür. COP30 bu yeni dövrün ilk tam icra sammitidir və biz Braziliya ilə birlikdə onu uğurla həyata keçirməyə hazırıq”.
Muxtar Babayev nitqini həmrəylik çağırışı ilə yekunlaşdırıb: “Azərbaycan hələ də sizinlədir. Biz Braziliyanı dəstəkləyirik və birlikdə yaşıl, dayanıqlı gələcək naminə verdiyimiz bütün vədləri yerinə yetirəcəyik”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

