COP29-dan açıq mesajlar...
21.11.2024 [09:17]
Konfransın gündəliyi iqlim problemlərinin həllində əsaslı rola malikdir
Azərbaycanda keçirilən COP29 qlobal iqlim dəyişikliyi problemlərinin ciddiliyinə dair beynəlxalq ictimaiyyətin diqqətini daha geniş şəkildə cəlb edir. Tədbir bu mənada, ideal platforma kimi özünü təsdiq etməkdədir. Arxada qalan 11 günə nəzər saldıqda konfransın gedişi onu deməyə əsas verir ki, xüsusilə az inkişaf etmiş və iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrin problemləri Azərbaycanın ortaya qoyduğu təşəbbüslə qlobal miqyasda önə çıxarılır. Bu, dünya liderlərini, beynəlxalq təşkilatları və özəl sektoru iqlim böhranına qarşı daha effektiv və birgə fəaliyyətə səsləyir.
Eyni zamanda, COP29 çərçivəsində elm adamları, siyasətçilər və mütəxəssislər qlobal iqlim problemlərindən həll yolları üzərində birgə müzakirələr aparmaq imkanı qazanır - bu müzakirələr isə gələcəkdə problemlərin daha dərindən araşdırılmasını, iqlim dəyişikliyinə qarşı mübarizə müstəvisində yeni çağırışların yaranmasını və yayılmasını təmin edir. Konfrans, həmçinin müxtəlif ölkələrin uğurlu təcrübələrini paylaşmaq üçün mükəmməl bir məkan kimi yadda qalmaqdadır.
“Yaşıl” prioritetlər - Azərbaycan nümunəsi...
COP29-un əhəmiyyəti bir sıra xüsusiyyətlərinə görə daha qabarıq şəkildə önə çıxır - platforma həm qlobal, həm regional, həm də daxili auditoriyaya mühüm mesajlar ünvanlayır. Qlobal iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində yeni təbliğat imkanları yaradan və mövzunun müzakirə sərhədlərini daha da genişləndirən platformanın müsbət təsirləri artıq hiss olunmaqdadır. Aktual mövzulara dair müxtəlif panel iclaslarında dünyanı narahat edən mövzular masalara “daşınır” - məsələn, “İqlim Dəyişikliyinin Beynəlxalq Göstəriciləri və Təsirləri” adlı müzakirədə iştirak edən ekspertlər, iqlim dəyişikliyinin inkişaf etməkdə olan ölkələrdə, xüsusən Afrikada və Cənubi Asiyada necə ağır nəticələrə səbəb olduğunu vurğuladılar. Paneldə, qlobal müstəvidə yerli icmaların bu problemi necə həll etməyə çalışdıqları və daha effektiv tədbirlərin alınması üçün beynəlxalq əməkdaşlığın vacibliyi müzakirə edildi. Həmçinin bir çox ölkələrin iqlim dəyişikliyinə adaptasiya və mübarizə üçün təkmilləşdirilmiş texnologiyalardan istifadə etməkdənsə, hələ də ənənəvi enerji mənbələrinə bağlı qaldığı qeyd olundu. Bu mənada, onlara Azərbaycan nümunəsi təqdim edildi - ənənəvi enerji mənbələrinə malik olduğu halda, Azərbaycan artıq illərdir ki, yaşıl hədəflər uğrunda prioritetlərini müəyyənləşdirib, qlobal iqlim dəyişikliyinə qarşı töhfələri ilə bağlı siyasətini müəyyənləşdirib.
“Yaşıl” hədəflər uğrunda...
Beləliklə, COP29 beynəlxalq auditoriya üçün “yaşıl” hədəflərin daha yüksək şəkildə təbliğinin təmin olunmasında əsaslı mənbə kimi çıxış edir. “Yaşıl” hədəflərin qlobal səviyyədə təbliği iqlim dəyişikliyində daha çox məsuliyyət daşıyan ölkələr üçün əyani vəsaitə çevrilir - məsələn, “Gələcəyin Yaşıl Enerji Hədəfləri: Siyasət və Texnologiya” adlı paneldə çıxış edən nümayəndələr ölkələrinin enerji siyasətində əsaslı dəyişikliklər etdiklərini və “yaşıl” enerji keçidi üçün sərmayə qoyuluşlarının artırıldığını açıqladılar. Bu paneldə, “yaşıl” enerji hədəflərinin həyata keçirilməsi üçün iş birliyinin necə gücləndirilə biləcəyinə dair konkret təkliflər və təşəbbüslər təqdim olundu ki, bu da problemin real həlli üçün müstəsna bir xidmətdir.
Beləliklə, iqlim dəyişikliyinə diqqətin cəlb edilməsi, yenilənə bilən enerji mənbələrinə keçidin sürətləndirilməsi, emissiyaların azaldılması üçün dövlətlərarası razılaşmaların gücləndirilməsi, karbon vergisi və digər maliyyə mexanizmlərinin geniş tətbiqi, iqlim maliyyələşdirməsinə diqqət, xüsusilə də kiçik ada dövlətləri və inkişaf etməkdə olan ölkələr üçün bu əhəmiyyətli fəaliyyətin reallaşdırılması COP29 gündəliyinin önə çıxan əsas tezislərinə çevrildi.
Problemlərin həlli yolları araşdırılır...
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iqlim problemləri ilə bağlı həll yollarının araşdırılmasına da xüsusi töhfə bəxş edir. Müxtəlif panel iclaslarında qlobal iqlim problemlərinin həlli yolları geniş şəkildə müzakirə olunur. Məsələn, “Yaşıl İqtisadiyyatın İnkişafı və Sıfır Karbon Hədəflərinə Yaxınlaşma” adlı panel iclasında daha təmiz və “yaşıl” enerji mənbələrinə keçid üçün milli və regional strategiyalar təqdim edildi. Bu paneldə, “Yaşıl Razılaşma” strategiyası ilə karbon emissiyalarını sıfıra endirmək məqsədləri, həmçinin böyük dövlətlərin enerji keçidi və innovasiya sahəsindəki müsbət təcrübələri paylaşıldı. Həmçinin təkrar emal və dayanıqlı kənd təsərrüfatı metodları mövzusunda da bir çox irəliləyişlər müzakirə olundu.
Müzakirələr həm də qlobal məkan üçün əsaslı problemə çevrilən məsələlərin həll yollarının təklif edilməsi ilə yadda qaldı - COP29 çərçivəsindəki “İqlim Maliyyələşməsi və Texnologiyaların Yayımlanması” adlı panel, konkret həll yollarının müəyyənləşdirilməsinə yaxından kömək etdi. Burada beynəlxalq maliyyə qurumlarının, xüsusən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun, inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün verdikləri maliyyə dəstəyi və texnoloji həllərin yayılması barədə ətraflı məlumat verildi. Paneldə, həmçinin yerli icmalara təmiz enerjiyə keçid və infrastruktur inkişafı üçün verilməli olan dəstəklər ətrafında müzakirələr aparıldı. Konkret olaraq, bərpa olunan enerji mənbələrinə keçid edən ölkələrin təcrübəsi və bu yolda atılan müsbət addımlar geniş müzakirə olundu.
Azərbaycanda yeni çağırışlar formalaşdırılıb...
COP29-un əhəmiyyəti qlobal miqyasla yanaşı, həm də regional və daxili auditoriya baxımından da mühüm və əvəzedilməzdir. Tədbirdə səsləndirilən fikirlər, önə çəkilən məsələlər ictimai diqqətin iqlim problemlərinə yönləndirilməsinə yol açmaqdadır. COP29 daxili auditoriyaya yönəlmiş müzakirələrdə iqlim problemlərinə dair geniş ictimai marağı özündə əks etdirdi - iqlim maarifləndirməsinə həsr olunan çoxsaylı tədbirlər Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə və ekologiyanın qorunmasında vətəndaş cəmiyyətinin roluna dair yeni çağırışlar formalaşdırdı. Bu panellərdə gənclərin və cəmiyyətin hər yaş qrupunun iqlim dəyişikliyi barədə məlumatlılığını artırmaq üçün müxtəlif təbliğat kampaniyalarının həyata keçirilməsi zəruriliyi vurğulandı. Eyni zamanda, müzakirələrdə insanların gündəlik həyatlarında ekoloji düşüncə tərzini necə inkişaf etdirə biləcəkləri barədə təkliflər təqdim edildi.
“Yaşıl” dünya şəhər və kəndlərdən başlayır...
Tədbir çərçivəsində baş tutan panellərdə ekologiyanın qorunması üçün səfərbərliyin təmin edilməsi məsələsi də ön plana çıxarıldı, Azərbaycanda ekologiyanın qorunması və yaşıllıq ərazilərinin artırılması məqsədilə görüləcək işlər müzakirə olundu. Dövlətin ekologiya sahəsindəki siyasəti, həmçinin vətəndaşların bu sahəyə cəlb edilməsi, təbii sərvətlərin qorunması və bərpa olunması ilə bağlı bir çox konkret tədbirlər müzakirə predmetinə çevrildi. Kənd təsərrüfatında ekoloji təmiz məhsulların istehsalına diqqət yetirilməli olduğu və bunun üçün geniş təbliğat fəaliyyətlərinin həyata keçirilməsi zərurəti vurğulandı.
Paralel olaraq yaşıllıqların qorunması məsələsi mühüm müzakirə mövzusu kimi ortaya çıxdı - bu panellərdə yaşıl sahələrin qorunması və genişləndirilməsi mövzusunda şəhərsalma və ekologiya mütəxəssisləri öz fkirlərini bölüşdülər. Azərbaycanda şəhər və kənd ərazilərində yaşıl sahələrin artırılması və mühafizəsi üçün alınacaq konkret addımlar barədə məlumat verildi. Həmçinin şəhərlərdə yaşıllıq sahələrinin artırılmasının ətraf mühitə və insanların həyat keyfiyyətinə necə müsbət təsir göstərdiyi ətraflı şəkildə izah olundu.
Xəzərin problemləri ön planda...
Böyük bir coğrafiyanı özündə birləşdirən Xəzər hövzəsi bu gün ekoloji problemlərin girdabındadır - sirr deyil ki, Xəzərin çirklənməsinin qarşısının alınması istiqamətində əsaslı şəkildə regional fəaliyyət nümayiş etdirilir. Xəzər dənizinin qorunması məsələsi COP29-un ən geniş müzakirə predmetlərindən birinə çevrildi. Bu mövzuya həsr olunan panellərdə Xəzər dənizinin çirklənməsinin qarşısını almaq üçün yerli və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulandı. Müzakirələrdə Xəzər sahilindəki ölkələrin birgə səylərinin artması, dənizi çirkləndirmənin azaldılması və su hövzəsinin təmizliyinin qorunması ilə bağlı konkret təkliflər irəli sürüldü.
İqlim dəyişikliyinə qarşı qlobal mübarizə təbliğatı...
Beləliklə, COP29 iqlim dəyişikliyinə qarşı qlobal mübarizənin təşkili ilə yanaşı, həm də qlobal təbliğatın gücləndirilməsində mühüm amilə çevrilir. İstər ölkə daxilində, istərsə də beynəlxalq arenada maarifləndirmə kampaniyalarının necə həyata keçirilməsi barədə geniş müzakirələrə yer verilir - Bu panellərdə müxtəlif təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının iqlim maarifləndirməsi üçün necə daha təsirli proqramlar həyata keçirə biləcəyi barədə müzakirələr aparılır. Həmçinin dövlətin iqlim təhsili və maarifləndirmə sahəsindəki fəaliyyətlərinə dair irəliləyişlər təqdim olunur.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

