Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Xaçmaz rayon təşkilatında fəallarla görüş keçirilib

YAP Xaçmaz rayon təşkilatında fəallarla görüş keçirilib

28.07.2026 [15:46]

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının qərargahında partiyanın bir qrup fəalı ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev partiya üzvlərinin ictimai-siyasi həyatda fəal iştirakından, həyata keçirilən layihələrdəki rolundan və qarşıda duran gələcək fəaliyyət istiqamətlərindən danışıb. Sədr vurğulayıb ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvə kimi milli maraqların qorunmasına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və cəmiyyətin hərtərəfli inkişafına mühüm töhfələr verməkdədir.

Görüşdə YAP Xaçmaz rayon təşkilatının on minə yaxın üzvü öz sıralarında birləşdirən nüfuzlu siyasi qurumlardan biri olduğu diqqətə çatdırılıb. Təşkilatın işində fəalların rolunun xüsusi əhəmiyyət kəsb etdiyi, onların təşəbbüskarlığı və ictimai-siyasi proseslərdə yaxından iştirakının görülən işlərə mühüm töhfə verdiyi qeyd olunub.

Səmimi şəraitdə keçən görüşdə fəalların təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 466 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30