/ / Nərimanov rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “28 May Müstəqillik Günü” münasibətilə tədbir keçirilib
Nərimanov rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “28 May Müstəqillik Günü” münasibətilə tədbir keçirilib
26.05.2026 [16:00]
YAP Nərimanov rayon təşkilatı və Odlar Yurdu Universitetinin birgə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “28 May Müstəqillik Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdən öncə Odlar Yurdu Universitetinin foyesində dahi şəxsiyyət Heydər Əliyevin büstü önünə tər-gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə ilk öncə Odlar Yurdu Universitetinin tələbələrindən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev açaraq zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi nailiyyət olduğunu qeyd edib. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında qaldırıldığını xatırladıb. Mövcud tarixi şəraitdə Cümhuriyyətin qurulması, yaradılan demokratik təsisatlar, Azərbaycan dilinin dövlət dili elan edilməsi, Milli Ordunun təşkil olunması, qadınlara seçki hüququnun verilməsi və s. istiqamətdə görülən işlər barədə məlumat verən Ə.Vəliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edildiyini vurğulayıb.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək, milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirdiyi islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil ölkəmizin ən böyük uğurlarından olduğunu qeyd edib. Natiq bildirib ki, bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq müstəqilliyimizin bu gün də qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir.
Tədbirdə Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəallığı ilə seçilən gənclərə sertifikatlar təqdim olunub.
Tədbirin bədii hissəsində Odlar Yurdu Universitetinin tələbələrinin təqdimatında şer və mahnılar səsləndirilib.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxSiyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34

