Fransa Kiyevdəki diplomatik heyətini təxliyə etməyi planlaşdırmır
26.05.2026 [17:20]
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Paskal Konfavrö bildirib ki, Moskvanın səsləndirdiyi təhdidlərə baxmayaraq, Fransa Kiyevdəki diplomatik heyətini təxliyə etməyi nəzərdən keçirmir.
AZƏRTAC xəbər verir ki, o, Rusiyanın açıqlamalarını yeni bir təhdid və qorxutma cəhdi adlandıraraq, mülki infrastruktura mümkün hücumların müharibə cinayəti olduğunu vurğulayıb. P.Konfavrö “franceinfo” kanalına açıqlamasında “Xeyr, bu qətiyyən gündəmdə deyil” deyərək, Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü və münaqişənin tərəfi kimi Ukrayna mülki əhalisinin və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməli olduğunu bildirib.
Paskal Konfavrö Moskvanı Qərb ölkələrinin diplomatik nümayəndəliklərini qorxutmağa çalışmaqda ittiham edib. Bu ittihamlar Rusiya tərəfinin səfirliklərin yaxınlığında yerləşən inzibati mərkəzlərə zərbələr endirilə biləcəyinə dair açıqlamalarından sonra səsləndirilib.
“Mülki infrastrukturları hədəfə almaq müharibə cinayətidir”, – deyə o bildirib və Fransa xarici işlər naziri Jan-Noel Barro tərəfindən daha əvvəl səsləndirilmiş mövqeni təkrarlayıb.
Paris vəziyyəti çox ciddi şəkildə izlədiyini və təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirsə də, hələlik Kiyevdəki diplomatik fəaliyyət formatında dəyişiklik etməyib. Konfavrö qeyd edib ki, fransız diplomatları artıq uzun müddətdir Rusiya bombardmanları təhlükəsi altında yaşayırlar və gecə ərzində sığınacaqlara getmək üçün bir neçə dəfə xəbərdarlıq siqnalları alırlar.
Fransalı rəsmi, həmçinin son günlər Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hücumların miqyasına diqqət çəkib. Onun sözlərinə görə, şənbə və bazar günləri arasında Ukraynaya qarşı 600 pilotsuz uçuş aparatı və 90 raket atılıb. Bu hücumların dəyərinin yüz milyonlarla avro olduğu bildirilir. Lakin Konfavrö bu hücumların hərbi baxımdan çox məhdud nəticə verdiyini və bunun Moskvanın hazırkı hərbi çıxılmaz vəziyyətini göstərdiyini vurğulayıb.
Hazırda nə Rusiya, nə də Ukrayna rəsmiləri Fransa Xarici İşlər Nazirliyinin sözçüsünün bəyanatlarına rəsmi münasibət bildirməyiblər.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi xarici vətəndaşları və diplomatları Kiyevi tərk etməyə çağırmış və Ukraynanın hərbi-sənaye kompleksinə aid müəssisələrinə zərbələr endiriləcəyini açıqlamışdı.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

