28 May – Müstəqillik Günü dövlətçilik tariximizin mühüm mərhələsidir
26.05.2026 [12:53]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm yer tutan əlamətdar günlərdən biridir. 1918-ci il mayın 28-də xalqımızın milli iradəsi əsasında yaradılmış Azərbaycan dövləti müstəqillik ideyalarının siyasi ifadəsinə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşmasında əhəmiyyətli rol oynamışdır.
Azərbaycan xalqı tarix boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparmış, milli dövlətçilik ənənələrini qoruyub yaşatmışdır. XX əsrin əvvəllərində yaranmış siyasi şərait xalqımızın öz müqəddəratını müəyyən etmək əzmini nümayiş etdirmiş, milli dövlət quruculuğu istiqamətində mühüm addımların atılmasına şərait yaratmışdır. Həmin dövrdə dövlət atributlarının təsis olunması, idarəetmə institutlarının formalaşdırılması və beynəlxalq münasibətlər istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın gələcək dövlətçilik inkişafı üçün müəyyən əsaslar yaratmışdır.
Lakin sonrakı tarixi proseslər nəticəsində Azərbaycan öz müstəqilliyini itirmiş, uzun illər sovet imperiyası tərkibində yaşamağa məcbur olmuşdur. Buna baxmayaraq, xalqımızın milli azadlıq ruhu heç vaxt sarsılmamış, müstəqil dövlətçilik ideyası daim yaşadılmışdır.
XX əsrin sonlarında Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə hökm sürən xaos, siyasi qarşıdurma və xarici təhdidlər dövlətçiliyimizi ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Məhz belə mürəkkəb bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ümummilli Liderin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət idarəçiliyi möhkəmləndirildi və müasir Azərbaycanın inkişaf strategiyası müəyyən edildi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunmasını və möhkəmləndirilməsini fəaliyyətinin əsas istiqaməti kimi müəyyən etmişdir. Onun müəllifi olduğu siyasi kurs nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilmiş, milli maraqlarımız etibarlı şəkildə təmin edilmişdir. Ümummilli Liderin “Müstəqilliyi qorumaq, saxlamaq onu əldə etməkdən qat-qat çətindir” fikri bu gün də dövlətçilik fəlsəfəsinin əsas prinsiplərindən biri olaraq qalır.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyi yeni inkişaf mərhələsini yaşayır. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə böyük uğurlar qazanmış, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır. Ən mühüm nailiyyət isə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən tarixi Zəfər nəticəsində üçrəngli dövlət bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır.
2021-ci ildə qəbul edilmiş “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 28 May tarixinin Müstəqillik Günü kimi qeyd olunması dövlətçilik tariximizə və milli irsimizə verilən yüksək dəyərin təzahürüdür.
Bu gün Azərbaycan xalqı Müstəqillik Gününü böyük qürur hissi ilə qeyd edir. Güclü siyasi iradə, milli birlik və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bundan sonra da uğurla inkişaf edəcək, müstəqilliyimiz əbədi və dönməz olacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

