Hindistan və İsveç Veneraya birgə missiya hazırlayır
24.05.2026 [11:32]
İsveç və Hindistan Veneraya birgə kosmik missiya hazırlayır. Bu, alimlərə Günəş sisteminin ən böyük sirlərindən birini - bir vaxtlar Yerə bənzəyən Veneranın niyə cansız bir planetə çevrildiyini həll etməyə kömək edə bilər.
AZƏRTAC xəbər verir ki, Hindistan kosmik agentliyi ISRO 2028-ci ildə pilotsuz Venera orbit missiyasını buraxmağı planlaşdırır. Layihədə Kirunadakı IRF Kosmik Fizika İnstitutunun isveçli tədqiqatçıları da iştirak edirlər. Zond İsveçdə hazırlanmış elmi cihaz olan Venera neytral analizatorunu daşıyacaq.
Alimlər hesab edirlər ki, Yerdəki kimi, Venerada da milyardlarla il əvvəl okeanlar mövcud ola bilərdi. Lakin zaman keçdikcə, planet bütün su hövzələrini itirib və onun atmosferi Yer kürəsindən təxminən 100 dəfə sıxlaşıb. Yeni cihaz Veneranın atmosferinin kosmos və Günəş küləyi ilə qarşılıqlı təsirini öyrənəcək. Tədqiqatçılar ümid edirlər ki, bu, bir vaxtlar “əkiz” hesab edilən iki planetin niyə bu qədər fərqli təkamül etdiyini anlamağa kömək edəcək.
Kosmik Fizika İnstitutunun professoru Stas Barabaşın sözlərinə görə, Venerada suyun yox olmasının səbəblərindən biri Yer kürəsini Günəş radiasiyasından qoruyan öz maqnit sahəsinin olmaması ilə bağlı ola bilər.
Bu, İsveç alimləri üçün Veneraya ilk missiya deyil. IRF əvvəllər Avropa Kosmik Agentliyinin 2006-cı ildən 2014-cü ilə qədər planetin ətrafında fırlanan “Venus Exspress” layihəsində iştirak edib. Həmin missiyanın məlumatları hələ də elmi tədqiqatlarda istifadə olunur.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

