Kəlbəcərdə şəhid Şahin Çıraqovun xatirəsinə həsr olunan tədbir keçirildi
22.05.2026 [15:39]
Kəlbəcər Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və Tərtər rayonunun Şıxarx qəsəbəsində fəaliyyət göstərən şəhid Şahin Çıraqov adına Kəlbəcər rayon 36 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 1-ci Qarabağ müharibəsi şəhidi Şahin Çıraqovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Orucov, Milli Məclisin deputatı Mircəlil Qasımlının köməkçisi Anar Əliyev, məktəbin direktoru Aidə Ocaqova, şəhidin qohumu, Yol Yaşıllaşdırma və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov, Tərtər Peşə Məktəbinin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov, Vətən müharibəsi şəhidi Xəyal Aslanovun anası Nəzakət Aslanova, şəhid ailələri və məktəbin kollektivi iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Tural Orucov, Milli Məclisin deputatı Mircəlil Qasımlının köməkçisi Anar Əliyev, məktəbin direktoru Aidə Ocaqova, şəhidin qohumu, Yol Yaşıllaşdırma və Ekologiya MMC-nin direktoru Nizami Çıraqov, Tərtər Peşə Məktəbinin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Bəhruz Nəzərov, Vətən müharibəsi şəhidi Xəyal Aslanovun anası Nəzakət Aslanova, Məxmər Baxşəliyeva və digər çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilasında mühüm rol oynayıb. Qeyd olunub ki, həmin dövrdə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, ordu quruculuğunun gücləndirilməsi və iqtisadi inkişaf istiqamətində mühüm addımlar atılıb. Çıxışçılar vurğulayıblar ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazanılıb, torpaqlarımız işğaldan azad edilərək ölkəmizin suverenliyi tam bərpa olunub.Çıxışlar zamanı qeyd edilib ki, bu gün dövlət tərəfindən şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərilir, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və həssas münasibət xüsusi vurğulanıb.Çıxış edənlər erməni separatçılarına qarşı mərdliklə mübarizə aparan şəhid Şahin Çıraqovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən ətraflı bəhs ediblər. Bildirilib ki, Şahin Çıraqov Vətən uğurunda gedən döyüşlərdə böyük igidlik göstərərək torpaqlarımızın azadlığı naminə canından keçib və daim xalqımızın qəlbində yaşayacaq qəhrəman oğullarımızdan biridir.Şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin vacibliyindən danışan çıxışçılar qeyd ediblər ki, qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu gənc nəsilə örnək kimi təbliğ olunmalıdır. Bildirilib ki, məhz belə igid oğullarımızın şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub.Çıxışçılar şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Tədbir çərçivəsində məktəblilər tərəfindən şəhidlərə həsr olunmuş vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəallıq göstərən bir qrup üzvə fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

