/ / Azərbaycan - qədim sivilizasiyaların beşiyi, möhtəşəm memarlıq abidələrinin və zəngin tarixi irsin Vətəni
Azərbaycan - qədim sivilizasiyaların beşiyi, möhtəşəm memarlıq abidələrinin və zəngin tarixi irsin Vətəni
21.05.2026 [23:12]
Azərbaycan qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti və memarlıq abidələri ilə dünyanın diqqətini cəlb edən ölkələrdən biridir. Xalqımız əsrlər boyu yaratdığı musiqi, poeziya, elm və memarlıq nümunələri ilə bəşər mədəniyyətinə böyük töhfələr vermişdir. Orta əsrlərdə Azərbaycan Şərqin elm və mədəniyyət mərkəzlərindən biri olmuşdur. Azərbaycan yalnız musiqi və şeir ölkəsi deyil. Bu torpaq həm də qədim sivilizasiyaların beşiyi, möhtəşəm memarlıq abidələrinin və zəngin tarixi irsin Vətənidir.
Hər bir xalqın mədəniyyəti, tarixi və milli kimliyi onun yaratdığı şəhərlərdə və memarlıq abidələrində öz əksini tapır. Şəhərlər yalnız insanların yaşadığı məkan deyil, həm də bir millətin keçmişini, həyat tərzini və inkişaf səviyyəsini göstərən canlı tarix kitabıdır. Memarlıq abidələri isə əsrlərin sınağından keçərək xalqın mənəvi dəyərlərini, sənətkarlıq qabiliyyətini və estetik düşüncəsini gələcək nəsillərə çatdırır.
Müasir dövrdə şəhərlərin yenilənməsi, infrastrukturun inkişafı və tarixi irsin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevirilmişdir. Məhz buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi böyük əhəmiyyət daşıyır. Bu qərar ölkəmizdə memarlıq sənətinin, şəhərsalma ənənələrinin və milli irsin qorunmasına verilən yüksək dəyərin göstəricisidir.
Müasir Azərbaycanda şəhərsalma sahəsində böyük layihələr həyata keçirilir. Abidələr bərpa olunur, yeni yollar inşa olunur, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma və “ağıllı şəhər” layihələri müasir şəhərsalma siyasətinin mühüm nümunəsidir. Bununla yanaşı 2026-cı ildə Naxçıvan Muxtar Respublikası ərazisində də bir sıra tarixi və memarlıq abidələrinin bərpası və konservasiyası həyata keçirilir. Ən böyük bərpa layihələrindən biri Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən Mömünə Xatun türbəsinin bərpası ilə bağlıdır.
2026-cı il 17-22 may tarixlərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsi təsadüfi deyil. Forum çərçivəsində keçirilən panel iclasları, sərgilər, seminarlar və müzakirələr şəhərlərin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsinə xidmət edir. Forumun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir . Forum vasitəsilə Azərbaycan öz zəngin mədəniyyətini, qədim tarixini və müasir inkişaf modelini dünyaya təqdim etmək imkanı qazandırmışdır. Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan qlobal məsələlərin müzakirəsində fəal iştirak edən, dayanıqlı inkişaf ideyalarını dəstəkləyən və beynəlxalq əməkdaşlığa böyük önəm verən müasir dövlətdir.
Aytən Babayeva
YAP Naxçıvan şəhər təşkilatının fəal üzvü
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40

