Həsrətdən ümidə!
22.05.2026 [08:31]
Şükürbəylidə yeni həyat...
Səhərin ilk işığı hələ şəhərin damlarına tam yayılmamışkən qəribə canlanma başlayır. İllərlə həsrət qoxusu hopmuş torpaqlara doğru uzanan maşın karvanlarının şüşələrində əks olunan günəş işığı sanki hər ailənin içində gizlənmiş başqa bir həyatı oyadır. Bu karvanlarda gedən insanlar sadəcə bir ünvana yox, öz səslərinin, keçmişlərinin içinə doğru yol alırlar. Elə buna görə də maşınların yük yerində daşınan əşyalardan daha ağır bir şey var - zamanın içində donub qalmış həsrət...
Demək olar ki, hər gün azad edilmiş ərazilərimizə doğru yeni köç karvanları yola düşür. Bu köç xəbərləri artıq ölkə həyatının gündəlik ritminə çevrilib. İnsanlar səhər oyananda hansı rayona növbəti köçün baş tutduğunu maraqla izləyir, sosial şəbəkələrdə paylaşılmış görüntülərdə qapısını ilk dəfə açan ailələrin sevincini görür, dağıntıların yerində yenidən qurulan küçələrdə uşaqların qaçdığını izləyirlər.
Dünən Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhlədə Şükürbəyli kəndinə 39 ailə - 165 nəfər köçürülüb.
Kəndə daxil olan kimi insan ilk növbədə hiss edir ki, burada görülən işlər sadəcə tikinti texnikasının izi deyil. Hər daşın altında geri qayıdacaq insanların rahatlığı, təhlükəsizliyi və gələcəyi düşünülərək qurulan böyük bir həyat modeli dayanır. Kəndin küçələri boyunca uzanan yeni yollar, səliqə ilə çəkilmiş kommunikasiya xətləri və uzaqdan baxanda bir ahəng içində görünən yeni yaşayış evləri Şükürbəylinin illərlə xatirələrdə qalan köhnə görüntüsünü tamamilə dəyişib. İndi həmin əraziyə baxan insanlar dağıntının yerində necə bu qədər sürətlə yeni həyatın qurulduğuna heyrətlə şahidlik edirlər.
Ən diqqətçəkən məqamlardan biri isə odur ki, burada qurulan infrastruktur yalnız bu günü yox, gələcək onillikləri düşünərək hazırlanıb. Elektrik, su, rabitə və yol şəbəkələrinin müasir standartlara uyğun şəkildə formalaşdırılması göstərir ki, Şükürbəyli artıq keçmişin yarasını daşıyan məkan olmaqdan çıxaraq regionun müasir kənd modelinə çevrilmək yolunda addımlayır. Kəndə baxanda adamın diqqətini çəkən başqa bir məqam da səliqənin və planlı quruculuğun yaratdığı estetik görüntüdür.
Kənddə hər biri 80 yerlik olmaqla iki körpələr evi-uşaq bağçası, 360 şagird yerlik məktəb binası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi, həmçinin yerli icra strukturları üçün inzibati bina tikilib. Bununla yanaşı, 35/10 kV-luq elektrik yarımstansiyası inşa olunub, elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, internet və “İP TV” şəbəkələri yaradılıb, kənddaxili yollar asfaltlanıb. İlkin mərhələdə 635 fərdi yaşayış evi istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçün ayrılıb. Müasir üslubda inşa olunan evlər 2, 3, 4 və 5 otaqlıdır.
Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndləri və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla ümumilikdə 2522 nəfərin - 615 ailənin köçürülməsi nəzərdə tutulur.
Göründüyü kimi, Şükürbəyli bu gün qurulan yolları, yenilənən infrastrukturu, işıqlanan küçələri və yüksələn yeni evləri ilə yalnız kəndin deyil, bütöv bir qayıdışın simvoluna çevrilir. Çünki illər əvvəl sükuta qərq olmuş bir ərazidə indi tikinti səslərinin yerini yaxın gələcəkdə insan nəfəsi, uşaq gülüşü və gündəlik həyatın canlı ritmi alacaq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

