“Azərbaycan memarlığında yeni ideyalar və müasir yanaşmalar” mövzusunda tədbir keçirilib
21.05.2026 [15:19]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Tərtər rayon təşkilatı Ağdərə - Sərbəst ərazi partiya təşkilatında “Azərbaycan memarlığında yeni ideyalar və müasir yanaşmalar” mövzusunda tədbir keçirmişdir.
Tədbirdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev, ərazi partiya təşkilatının sədri Fəxrəddin Almasov, Tərtər rayon Mənzil İstismar İdarəsinin rəisi Bakir Qurbanov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəsi Elmir Xəlilov və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının məsləhətçisi Gündüz Alıkişiyev mövzunun aktuallığını və strateji əhəmiyyətini vurğulayıb. O bildirib ki, memarlıq yalnız bina tikmək sənəti deyil, xalqın düşüncə tərzini, milli kimliyini, mədəni yaddaşını və gələcəyə baxışını əks etdirən mühüm bir sahədir. Azərbaycanın qədim və zəngin memarlıq məktəbinə malik olduğunu qeyd edən natiq Şərq və Qərb ənənələrinin qovuşduğu ölkəmizin dünya mədəniyyətinə böyük töhfələr verdiyini diqqətə çatdırıb. O, İçərişəhər, Şirvanşahlar Sarayı, Qız qalası, Qarabağ və Naxçıvan memarlıq məktəblərini xalqımızın yüksək estetik düşüncəsinin nümunəsi kimi qeyd edib. G.Alıkişiyev müasir dövrün şəhərlərdən rahatlıq, təhlükəsizlik, “ağıllı” və dayanıqlı yanaşmalar tələb etdiyini deyib. O, Ümummilli lider Heydər Əliyevin şəhərsalma və memarlıq məsələlərinə hər zaman xüsusi diqqət yetirdiyini, milli memarlıq ənənələrinin qorunması istiqamətində mühüm addımlar atdığını vurğulayıb.
Sonra çıxış edən Ağdərə-Sərbəst ərazi partiya təşkilatının sədri Almasov Fəxrəddin Qarabağda aparılan quruculuq işlərinin Azərbaycanın gələcəyin şəhərlərini inşa etdiyinin göstəricisi olduğunu bildirib. O, bu şəhərlərdə milli memarlıq ənənələri qorunmaqla yanaşı, müasir urbanizasiya prinsiplərinin də tətbiq edildiyini diqqətə çatdırıb. F.Almasov vurğulayıb ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada aparılan bərpa işləri bunun ən gözəl nümunəsidir və şəhərin tarixi siması saxlanılmaqla ən müasir infrastrukturla təmin olunur.
Daha sonra Tərtər rayon Mənzil İstismar İdarəsinin rəisi Bakir Qurbanov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tərtər rayon nümayəndəsi Elmir Xəlilov və ərazi partiya təşkilatının üzvləri İlqar Qasımov, Vüsalə Ələsgərova, Qorxmaz Aslanov və Zaur Əzizov çıxış ediblər. Onlar memarlıqda dayanıqlı inkişaf konsepsiyasının, enerji səmərəliliyinin, ekoloji materiallardan istifadənin və insan yönümlü urbanistikanın əsas prinsiplərə çevrildiyini qeyd ediblər.
Tədbirin sonunda qeyd olunub ki, güclü dövlət həm də yaratdığı şəhərlərlə və qoruduğu mədəni irslə tanınır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu və Prezident İlham Əliyevin genişmiqyaslı quruculuq siyasəti nəticəsində Azərbaycan memarlığı yeni yüksəliş dövrünü yaşayır. Qarabağdakı möhtəşəm bərpa işləri isə tariximizə həm də memarlıq və şəhərsalma zəfəri kimi daxil olur.
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

