Şəhərsalma və Memarlıqda yeni mərhələ
21.05.2026 [10:45]
2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli ” elan edilməsi təsadüfi deyil. Məhz 30 illik həsrətdən sonra öz torpaqlarını düşmən işğalından azad edən bir ölkə olaraq işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması əsas prioritetlərdəndir. Cənab Prezidentin də qeyd etdiyi kimi, COP-29 kimi möhtəşəm və genişmiqyaslı bir tədbirdən sonra WUF13-ə ev sahibliyi etmək ölkəmiz üçün böyük şərəfdir.
2026-cı il may ayının 17- dən 22 – dək Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası keçirilir. Formda 182 ölkədən 40 mindən çox iştirak edir. Bu, COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük tədbirdir.
Bu gün ölkəmizdə aparılan bərpa və quruculuq işlərinin əsasında tarixi abidələrin olduğu kimi bərpası və memarlıq irsinin qorunması və bununla yanaşı şəhərlərin müasirləşməsi mühüm məsələ kimi qarşıda durur. İşğaldan azad edildikdən sonra bir neçə tarixi abidənin bərpası, şəhər və kəndlərin yenidən qurulması, hava limanlarının bərpası və tikintisi görülən işlərə nümunədir. Ölkəmizin digər şəhər və rayonlarında, kəndlərində müasir tələblər cavab verən tikinti işləri aparılır, memarlıq inciləri bərpa edilir. Bu məqsədlə Cənab Prezident bir neçə Sərəncam imzalamışdır ki, həmin sərəncamlardan biri də Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi məqsədilə verilən Sərəncamdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, bu forum bizim üçün indiyədək görülən işlər, gələcək planlarımız barədə auditoriyaya və beynəlxalq ictimaiyyətə məlumat vermək, eyni zamanda, tərəfdaşlarımızın təcrübəsindən yararlanmaq baxımından da bir fürsətdir. Çünki iştirak səviyyəsi, dövlət və hökumət başçılarının sayı göstərir ki, bu gün şəhərsalma məsələləri bir çox dünya liderlərinin diqqət yetirdiyi mövzulardan biridir.
Prezident İlham Əliyev şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırıldığını qeyd etmişdir. İşğal altında olmuş ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması bizi buna vadar etdi. Mərhələli yanaşma, bəzi hallarda isə paralel inkişaf nəticəsində beş ilə artıq 85 min insanın doğma torpaqlarına qayıdışı təmin edilmişdir.
Cənab Prezident qeyd etdi ki, bu günədək 307 meqavatlıq hidroenerji gücü istifadəyə verilib, hazırda 340 meqavat gücündə Günəş enerjisi layihələri isə inşa edilir. Bu həcm yalnız Qarabağ və Şərqi Zəngəzur üçün deyil, daha geniş ərazilər üçün də kifayət edəcək. Bununla yanaşı, elektrik şəbəkəsinin ölkənin ümumi enerji sistemi ilə inteqrasiyası təmin olunub. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib.
Həmçinin ölkədə bütün şəhərlərin Baş planları hazırlanır. Demək olar ki, yekunlaşmaq mərhələsindədir. Yaşıl enerjiyə keçid diqqət mərkəzindədir. Dəmir yolarının bərpası aparılır. Cənab Prezident çıxışı zamanı bu məsələlərə də xüsiusi diqqət yetirmişdir. O, qeyd etmişdir ki, hazırda əsas sərmayələrimiz yaşayış sahələrinin tikintisinə yönəldilib - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Hər bir kənd üzrə planlar icra edilir. Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər.
Dövlət başçısı qeyd etmişdir ki, Avropa ilə enerji sahəsində əməkdaşlıq xüsusilə 2020-ci ildən sonra - Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə daha da sürətlənib. Hazırda həmin dəhliz vasitəsilə 16 ölkəyə təbii qaz ixrac olunur. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır. Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır.
Bəli, bu gün Cənab Prezidentin apardığı uğurlu siyasəti nəticəsində ölkəmiz xarici dövlətlər arasında öz layiqli yerini tutmuşdur. Şəhərsalma və Memarlıq ilinin də vətənimiz üçün gözəl töhvələr verəcəyindən əminik. Bundan sonra da COP 29, WUF 13 və digər bu forrmatda keçiriləcək beynəlxalq səviyəli tədbirlərə ev sahibliyi edəcəyimizdən və ölkəmizin təcrübələrini dünya ölkələri arasında yayacağımızdan əminik.
Sevinc Mustafayeva
YAP Culfa rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38

