Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirən platforma
21.05.2026 [10:28]
Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu bir daha nümayiş etdirən mühüm tədbirlərdən biri kimi yadda qaldı. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, ekspertlərin, memarların və şəhərsalma üzrə mütəxəssislərin iştirak etdiyi forum qlobal urbanizasiya, dayanıqlı inkişaf və müasir şəhər idarəçiliyi məsələlərinin müzakirəsi baxımından böyük əhəmiyyət daşıdı.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş çıxış edərək ölkəmizin şəhərsalma siyasəti, həyata keçirilən iri layihələr və gələcək inkişaf prioritetləri barədə mühüm fikirlər səsləndirdi.
Möhtərəm Prezident çıxışında vurğuladı ki, Azərbaycan son illərdə şəhərsalma sahəsində mühüm nailiyyətlər əldə edib. Xüsusilə, paytaxt Bakı və digər bölgələrdə həyata keçirilən infrastruktur layihələri ölkənin sosial-iqtisadi inkişafına mühüm töhfə verib. Dövlət başçısı qeyd etdi ki, müasir şəhərsalma yalnız binaların tikintisi deyil, eyni zamanda insanların rahat və təhlükəsiz yaşayışının təmin olunması, ekoloji tarazlığın qorunması və innovativ texnologiyaların tətbiqi deməkdir.
Çıxış zamanı erməni işğalından azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə də xüsusi diqqət ayrıldı. Cənab Prezident bildirdi ki, həmin ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına uyğun layihələr həyata keçirilir. Müasir texnologiyaların tətbiqi, yaşıl enerji mənbələrindən istifadə və ekoloji yanaşmalar bu layihələrin əsas istiqamətlərini təşkil edir. Bu yanaşma Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi təqdim olundu.
Dövlət başçısı Azərbaycanın bu istiqamətdə beynəlxalq təşəbbüsləri dəstəklədiyini və əməkdaşlığa daim açıq olduğunu bildirdi.
Forum çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın müasir şəhərsalma və urbanizasiya sahəsində qabaqcıl təcrübəyə malik ölkələrdən birinə çevrildiyini göstərdi. Bakı şəhərinin belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzunun və təşkilatçılıq imkanlarının göstəricisi oldu
Nəticə etibarilə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq arenada mövqeyini daha da gücləndirən mühüm platformaya çevrildi. Ölkə başçısının çıxışı forumun əsas məqamlarından biri olmaqla yanaşı, ölkənin şəhərsalma siyasətinin əsas istiqamətlərini və gələcəyə baxışını aydın şəkildə ortaya qoydu.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

