“Tarixi Müstəqillikdən Möhtəşəm Zəfərə” mövzusunda tədbir keçirilib
20.05.2026 [16:02]
Mayın 20-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatının qərargahında “Tarixi Müstəqillikdən Möhtəşəm Zəfərə” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin qəbul olunması xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davamı olmaqla yanaşı, Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan edib. O qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratik dəyərlərin formalaşmasına mühüm töhfələr verib, dövlət quruculuğu istiqamətində əhəmiyyətli addımlar atıb.
İlqar İlyasov vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan edib. Natiqin sözlərinə görə, müstəqilliyin ilk illərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaratmışdı. Belə bir ağır dövrdə xalq çıxış yolunu Ulu Öndər Heydər Əliyevin rəhbərliyində görürdü. Onun uzaqgörən siyasəti və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan dövlətçiliyi qorunub saxlanılıb, ölkədə ictimai-siyasi sabitlik təmin edilib və davamlı inkişafın əsası qoyulub.
Qeyd olunub ki, Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq və yenidənqurma işlərinin Böyük Qayıdış Proqramının uğurlu icrasına xidmət etdiyi vurğulanıb.
Laçın rayonu 3 saylı körpələr evi-uşaq bağçasının müdiri İradə Həsənova çıxışında bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb.
Laçın Rayon İcra Hakimiyyəti başçısının Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənquliyev isə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas edərək ölkəmizin hüquqi, dünyəvi və demokratik dövlət kimi inkişafının möhkəm təməlini formalaşdırıb. Natiq əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan regionun güclü və nüfuzlu dövlətinə çevrilib.
Sonda partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

