Göygöldə “Səhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib
20.05.2026 [11:25]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Çaylı kənd ərazi partiya təşkilatında “Səhərsalma və Memarlıq İli” çərçivəsində "Azərbaycan zəngin tarixi-mədəni irsi ilə fərqlənən, şəhərsalma və memarlıq sahəsində unikallığı ilə seçilən ölkədir" mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan və Prezident İlham Əliyevin öz xalqı qarşısındakı xidmətlərindən söhbət açıb. Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə fərqlənən, şəhərsalma və memarlıq sahəsində unikallığı ilə seçilən ölkə olduğundan danışan təşkilat sədri 2022-ci ildən etibarən BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycanda uzun illər işğal altında olmuş Ağdam, Zəngilan və Xankəndi şəhərlərində üç milli şəhərsalma forumlarının keçirilməsini, ölkə rəhbərinin sərəncamıma əsasən 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsini diqqətə çatdırıb və bu gün 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçı olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu və ölkəmizin beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirdiyini bildirib.
Vüqar İsayev qeyd edib ki, BMT tarixinə rekord iştirakçı sayı ilə düşən bu Forum ölkəmizin COP29-dan sonra qlobal çağırışların müzakirə olunduğu ən mühüm siyasi və intellektual mərkəz statusunu bir daha gücləndirir. WUF13-ün Bakıda uğurla reallaşdırılması ölkəmizin bəşəri problemlərin həllində aparıcı aktor olduğunu nümayiş etdirməklə yanaşı, təhlükəsiz, dayanıqlı və inklüziv gələcəyin qurulmasına verdiyi qlobal töhfəni bütün dünyaya bəyan edir.
Tədbirdə partiya fəalı Gülnar Səfərovanın "Azərbaycan zəngin tarixi-mədəni irsi ilə fərqlənən, şəhərsalma və memarlıq sahəsində unikallığı ilə seçilən ölkədir" mövzusunda məruzəsi dinlənildikdən sonra ƏPT sədri Hüseyn Əmirov, natiqlərdən Ucar Rzayev və digərləri çıxış edərək Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın gücünün, qüdrətinin və beynəlxalq nüfuzunun artdığını vurğulayıblar.
Çıxış və nitqlərdə Azərbaycanın qlobal dünyada özünəməxsus mədəni kimliyini qoruyaraq beynəlxalq memarlıq trendlərinə inteqrasiya etdiyi, WUF13-ün möhtəşəm təşkilinə görə, dünya liderlərinin və beynəlxalq təşkilat rəhbərlərinin Azərbaycan Prezidentinə təşəkkür ifadə etmələrinin və ölkəmizin fəaliyyətini yüksək dəyərləndirmələrinin dövlətimizin başçısının qlobal miqyasda qəbul olunan şəxsi nüfuzunun və liderlik keyfiyyətlərinin bariz təzahürü olduğu bildirilib.
Qeyd olunub ki, bu yüksək qiymətləndirmə Azərbaycanın təkcə irimiqyaslı qlobal tədbirlərə mükəmməl evsahibliyi etmək bacarığını deyil, həm də bəşəri problemlərin həllində irəli sürdüyü innovativ inkişaf modellərinin dünya birliyi tərəfindən həlledici və nümunəvi mexanizm kimi qəbul olunduğunu rəsmən təsdiqləyir. Beynəlxalq elitanın yekdil rəyi Azərbaycanın qlobal idarəçilik və müasir urbanizasiya siyasətində etibarlı tərəfdaş olmasını, Prezident İlham Əliyevin isə dünyada strateji təşəbbüsləri reallığa çevirən uzaqgörən lider statusunu beynəlxalq müstəvidə daha da möhkəmləndirir.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

