Bakı qlobal şəhərsalma dialoqunun mərkəzinə çevrilib
20.05.2026 [10:54]
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası müasir dövrdə şəhər inkişafı ilə bağlı qlobal düşüncənin istiqamətini müəyyən edən mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycanın artıq təkcə region deyil, həm də dünya miqyasında şəhərsalma və dayanıqlı inkişaf üzrə aparıcı platformaya çevrildiyini nümayiş etdirdi. Tədbirin miqyası özü bu reallığı aydın şəkildə göstərir: 182 ölkədən 45 mindən çox iştirakçının qeydiyyatdan keçməsi Bakını qlobal şəhərsalma dialoqunun mərkəzinə çevirib. Bu göstərici Azərbaycan üçün təkcə statistik uğur deyil, həm də beynəlxalq etimadın ifadəsidir. COP29 kimi nəhəng tədbirdən sonra belə genişmiqyaslı forumun Bakıda keçirilməsi ölkənin təşkilatçılıq qabiliyyətinin və siyasi sabitliyinin təsdiqidir.
Azərbaycanın coğrafi mövqeyi – Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi – onun şəhərsalma fəlsəfəsində də öz əksini tapır. Bakı bu gün həm tarixi irsi qoruyan, həm də müasir urbanizasiya standartlarını tətbiq edən şəhər kimi formalaşıb. İçərişəhərin qədim memarlığı ilə müasir göydələnlərin yanaşı mövcudluğu bu harmoniyanın ən parlaq nümunəsidir. Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri şəhərsalmanın təkcə tikinti deyil, sosial həyatın keyfiyyətini müəyyən edən strateji istiqamət olması idi. Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət insanların rifahının yüksəldilməsinə, rahat yaşayış mühitinin formalaşdırılmasına yönəlib.
Bakı və digər şəhərlərdə aparılan genişmiqyaslı abadlıq və yenilənmə işləri bu konsepsiyanın praktik nəticəsidir. Şəhərsalma sahəsində Azərbaycanın yanaşması həm də tarixi irsin qorunması ilə müasir inkişafın uzlaşdırılması üzərində qurulub. Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ və Şəki kimi şəhərlərin tarixi abidələri ilə yanaşı müasir infrastrukturun inkişafı ölkənin mədəni davamlılıq modelini əks etdirir.
Lahıc kimi qədim yaşayış məntəqələrinin bu gün də öz orijinal strukturunu qoruması Azərbaycan xalqının irsə münasibətinin göstəricisidir. Bu yanaşma təkcə keçmişi qorumaq deyil, həm də gələcək nəsillərə davamlı mədəni yaddaş ötürmək məqsədi daşıyır.
Forumda səsləndirilən fikirlərdən biri də beynəlxalq əməkdaşlığın əhəmiyyətinə dair idi. Şəhərsalma yalnız milli çərçivədə deyil, qlobal təcrübə mübadiləsi əsasında inkişaf etməlidir. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə birgə keçirdiyi forumlar bu istiqamətdə ardıcıl siyasətin göstəricisidir.
Bakı bu gün həm də ekoloji transformasiyanın nümunə şəhərinə çevrilməkdədir. Tarixi sənaye zonalarının müasir yaşayış və istirahət məkanlarına çevrilməsi, “Ağ şəhər” layihəsi və yeni ekoloji zonalar şəhərin inkişaf modelini tamamilə dəyişib. Bu, keçmişdə ağır sənaye ilə yüklənmiş şəhərin yaşıl və dayanıqlı urban məkana çevrilməsi deməkdir.
Ümumilikdə, Bakı Forumun keçirilməsi ilə bir daha sübut etdi ki, Azərbaycan qlobal şəhərsalma düşüncəsində yalnız iştirakçı deyil, həm də istiqamətverici aktordur.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

