UN-Habitat nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsinə çevrilməlidirlər
18.05.2026 [11:22]
Gənclər üçün ayrıca platformaların yaradılması vacib olsa da, əsas məqsəd onların qərarvermə prosesində dövlət qurumları və beynəlxalq təşkilatlarla birgə iştirakını təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən Assambleyaların birgə bağlanış sessiyasında “Müxtəlif səsləri ortaq prioritetlərə və əməli öhdəliklərə necə çevirə bilərik” mövzusunda təşkil olunan müzakirədə çıxış edən UN-Habitat Gənclər Məsləhət Şurasının Afrika üzrə ikinci prezidenti Conatan Some səsləndirib.
O bildirib ki, gənclər artıq yalnız öz aralarında danışmaqdan yorulublar və onların səsinin birbaşa qərar qəbul edən şəxslər tərəfindən eşidilməsinə ehtiyac var. “Bizə, sadəcə, gənclər üçün məkanlar lazım deyil. Bizə ortaq məkanlar lazımdır. Nazirlərin, şəhər rəhbərlərinin, qərarverici şəxslərin və institutların gənclərlə bir araya gəldiyi, onları dinlədiyi və birgə həll yolları hazırladığı platformalara ehtiyac var. “Bizim evlərimiz, bizim gələcəyimiz: uşaqlara yönəlmiş həllər və yaşanıla bilən şəhərlər üçün gənclərin təşəbbüsləri” mövzusunda keçirilən müzakirələr zamanı bir sıra mühüm məsələlər ön plana çıxıb. Uşaqlar və gənclər vahid bir qrup deyil. Mənzil və şəhər həyatı ilə bağlı ehtiyaclar yaşa, genderə, fiziki imkanlara, dini mənsubiyyətə, sosial-iqtisadi vəziyyətə və insanların həyat təcrübələrinə görə fərqlənir. Mənzil məsələsi yalnız binalardan ibarət deyil. Mənzil insan hüquqlarının, imkanların, inklüzivliyin, ləyaqətin, sağlamlığın, təhsilin, təhlükəsizliyin və ümidin formalaşdığı əsas platformadır”, - deyə UN-Habitat nümayəndəsi qeyd edib.
Conatan Some vurğulayıb ki, şəhərlərin yaşanılabilən olması yalnız yeni tikililərlə ölçülmür. Şəhər o zaman yaşanılabilən olur ki, uşaq evə təhlükəsiz şəkildə qayıda bilir, gənc insan təhlükəsiz şəhərdə yaşamağa maddi imkan tapır və icma özünü həmin şəhərin bir hissəsi kimi hiss edir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

