Xocalı və Ağdərəyə qayıdan 43 ailəyə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
16.05.2026 [17:22]
İşğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə qayıdışı davam edir. Bu gün Xocalı və Ağdərə rayonuna ümumilikdə 183 nəfərdən ibarət 43 ailə köçürülüb.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Xocalı rayonunun Xanabad kəndinə 9 ailə olmaqla 33 nəfər, Badara kəndinə 10 ailə 33 nəfər, Təzəbinə kəndinə 10 ailə 60 nəfər, Ballıca kəndinə 4 ailə 22 nəfər, Xanyurdu kəndinə 4 ailə 18 nəfər, Daşbulaq kəndinə 4 ailə 13 nəfər, Ağdərə rayonunun Aşağı Ortağ kəndinə isə 2 ailə 4 nəfər köçürülüb.
Bu gün sakinlərə yeni bərpa edilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub. Açarların təqdimetmə mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, həmçinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. Çıxış edən Səbuhi Qəhrəmanov işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib, doğma yurda qayıdan sakinləri təbrik edib.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulması, yaşayış məntəqələrinin yenidən tikilməsi, bərpası və əhalinin dayanıqlı məskunlaşmasının təmin olunması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.
13:04
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün respublikanın müxtəlif yerlərində - əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə yola salınıb.
Bu mərhələdə Badara kəndinə 10 ailə - 33 nəfər, Təzəbinə kəndinə 10 ailə - 60 nəfər, Xanabad kəndinə 9 ailə - 33 nəfər, Ballıca kəndinə 4 ailə - 22 nəfər, Xanyurdu kəndinə 4 ailə - 18 nəfər, Daşbulaq kəndinə isə 4 ailə - 13 nəfər köçürülür.
Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Xocalı sakinləri həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə edib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

