Almaniya xarici tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olaraq qalır
15.05.2026 [17:34]
Almaniya xarici tələbələr üçün dünyanın ən populyar təhsil ölkələrindən biri statusunu qoruyur.
AZƏRTAC “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bu barədə UNESCO-nun yeni araşdırmasında qeyd olunub. Araşdırmaya əsasən, Almaniya ABŞ, Böyük Britaniya və Avstraliyadan sonra əcnəbi tələbələrin ən çox üstünlük verdiyi dördüncü ölkədir.
Əcnəbi tələbələrin 12 faizi təhsil almaq üçün Almaniyanı seçib. Avropalı tələbələr arasında isə Almaniya başqa bir Avropa ölkəsində təhsil üçün ən populyar istiqamət hesab olunur. Sonrakı yerlərdə Fransa və Niderland qərarlaşıb.
Hazırda Almaniyanın ali təhsil müəssisələrində təxminən 400 min xarici tələbə və doktorant təhsil alır. Alman Akademik Mübadilə Xidmətinin (DAAD) araşdırmasına görə, ölkənin texnoloji liderliyi, ingilisdilli proqramların genişliyi, həmçinin beynəlxalq müqayisədə daha aşağı təhsil və yaşayış xərcləri Almaniyanı xarici tələbələr üçün cəlbedici edir.
Federal Statistika İdarəsinin məlumatına əsasən, 2024-cü tədris ilində universitetlərə ilk dəfə qəbul olunanlar arasında əcnəbilərin payı 30 faizə yaxınlaşıb. Xarici tələbələr arasında xüsusilə təbiət elmləri və riyaziyyat istiqamətlərinə maraq artıb.
UNESCO araşdırmasına görə, təhsil almaq üçün xarici ölkələrə üz tutan tələbələrin sayı 2000-ci ildəki 2,1 milyondan 2023-cü ildə 7,3 milyona çatıb. Bununla belə, dünyada tələbələrin yalnız 3 faizi təhsil üçün xaricdə oxumaq imkanı əldə edir və bu göstərici üzrə regionlar arasında ciddi fərqlər var.
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

