/ / Fransa Hörmüz boğazının blokadadan çıxarılması üçün BMT-də “neytral missiya” təşəbbüsü irəli sürəcək
Fransa Hörmüz boğazının blokadadan çıxarılması üçün BMT-də “neytral missiya” təşəbbüsü irəli sürəcək
13.05.2026 [21:20]
Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazının blokadadan çıxarılması üçün Parisin Birləşmiş Millətlər Təşkilatında yeni təşəbbüslə çıxış edəcəyini bildirib. O, gələcəkdə boğazın təhlükəsizliyinin təmin olunması məqsədilə “tam neytral və dinc xarakter daşıyan” beynəlxalq missiyanın yaradılmasını təklif edib.
AZƏRTAC xəbər verir ki, o, bu açıqlamanı Nayrobidə keçirilən Fransa-Afrika sammitinin sonunda TV5 Monde, France 24 və Radio France Internationale (RFİ) telekanallarına müsahibəsində səsləndirib. Makron bildirib ki, əsas prioritet Hörmüz boğazının heç bir şərt və ödəniş olmadan yenidən açılmasıdır. Onun sözlərinə görə, bölgədəki bütün blokadalar aradan qaldırılmalı və İranla bu məsələ üzrə ciddi dialoq aparılmalıdır.
“Hörmüzün yenidən açılması mütləq prioritetdir. Digər məsələlər üzrə danışıqlara başlamazdan əvvəl bu problem həll olunmalıdır”, – deyə Emmanuel Makron vurğulayıb.
Fransa Prezidenti əlavə edib ki, eyni zamanda, İran və ABŞ arasında nüvə və ballistik raket proqramları ilə bağlı danışıqların yenidən başlanması vacibdir. O, Avropa ölkələrinin də bu prosesdə iştirak etməsinin zəruri olduğunu bildirib.
Vaşinqton və Tehran arasında ritorikanın getdikcə daha sərtləşdiyini qeyd edərək, “bəyanatlarda təhlükəli eskalasiya” müşahidə olunduğunu deyib.
Fransa Prezidenti regionda atəşkəsin tam şəkildə qorunmasının vacibliyini də vurğulayıb. O, xüsusilə Livanda atəşkəs rejiminin pozulmasını qəbuledilməz adlandırıb. İsrailin həyata keçirdiyi son hava zərbələri nəticəsində Livanda 13 nəfərin öldüyü bildirilir.
Qeyd edək ki, son həftələrdə Hörmüz boğazında artan gərginlik beynəlxalq enerji bazarlarında ciddi narahatlıq yaradıb. Dünyada neft və maye qaz daşımalarının mühüm hissəsi məhz bu strateji su yolu vasitəsilə həyata keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

