Ötən ay dünyada elektromobil satışları 6 faiz artıb
13.05.2026 [20:18]
Dünyada elektromobil satışları aprel ayında illik müqayisədə 6 faiz artaraq 1,6 milyon ədəd təşkil edib.
AZƏRTAC “Benchmark Mineral Intelligence” analitik şirkətinin məlumatına istinadla xəbər verir ki, Avropa elektromobil satışlarında artımın əsas hərəkətverici qüvvəsi olaraq apreldə də mövqeyini qoruyub. Mart ayında qeydə alınan rekord satışlardan sonra ötən ay Avropada elektromobil satışları illik müqayisədə 27 faiz artaraq 400 mini ötüb.
Yaxın Şərqdə davam edən hərbi münaqişə səbəbindən yanacaq qiymətlərinin yüksəlməsi Avropada elektromobil satışlarının artmasına müsbət təsir edib.
Dünyanın ən böyük elektromobil bazarı olan Çində satışlar ötən ay illik müqayisədə 8 faiz azalaraq 850 minə enib. Azalmanın böyük hissəsi ilin əvvəlində tətbiq edilən subsidiyaların dəyişdirilməsi səbəbindən cəlbediciliyini itirən kiçik avtomobil seqmentində müşahidə olunub.
Daxili bazarda ticarətin zəifləməsi fonunda Çinin elektromobil ixracı sürətlənib. Təkcə apreldə Çin 400 mindən çox elektromobil ixrac edib. Cari ilin ilk 4 ayında isə ölkənin elektromobil ixracı təxminən 1,4 milyon ədədə çatıb. Bunun nəticəsində Avropa, Cənubi Amerika və Cənub-Şərqi Asiya bazarlarında Çin istehsalı olan elektromobillərin sayında əhəmiyyətli artım qeydə alınıb.
Şimali Amerikada elektromobil satışları apreldə illik müqayisədə 28 faiz azalaraq 120 min ədəd təşkil edib. ABŞ və Kanadada satışlar azalsa da, Meksika bazarında artım müşahidə edilib.
Dünyanın digər regionlarında isə satışlar ötən ay illik müqayisədə 110 faiz artaraq 240 minə yüksəlib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

