MEDİA-da dəyirmi masa...
13.05.2026 [11:14]
Mayın 12-də Medianın İnkişafı Agentliyi tərəfindən “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib. Dəyirmi masada çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli regional və qlobal çağırışların geniş vüsət aldığı müasir dövrdə davamlı sülhün təmin olunmasının, təhlükəsizliyin möhkəmləndirilməsinin və dayanıqlı inkişaf mühitinin formalaşdırılmasının dövlətlərin əsas prioritetlərindən olduğunu bildirib. O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl siyasət regionda əməkdaşlıq münasibətlərinin genişlənməsi, konstruktiv dialoqun inkişafı və uzunmüddətli etimad mühitinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın sülh siyasətinin arxasında Prezident İlham Əliyevin qətiyyəti, dövlətin ardıcıl siyasi xətti və praktiki fəaliyyət dayanır. Bu baxımdan, Azərbaycanın yaratdığı model beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkir və yeni siyasi yanaşma nümunəsi kimi qiymətləndirilir. N.Məmmədli regionda sülh prosesi ilə bağlı vəziyyətin dəyərləndirilməsi baxımından medianın üzərinə düşən vəzifələrdən də bəhs edib.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov çıxışında beynəlxalq vasitəçilik təcrübələri və müasir geosiyasi reallıqlar kontekstində regional təhlükəsizlik məsələlərinə toxunub. Diplomat vurğulayıb ki, 2020-ci ildə Azərbaycan öz gücü və siyasi iradəsi hesabına beynəlxalq hüququ təmin etdi: “2020-ci ildə Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etdi. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdi və işğalçıya layiqli cavab verdi. Bununla da işğala və onun qalıqlarına son qoyuldu”.
O bildirib ki, hazırkı mərhələdə regionda yeni əməkdaşlıq imkanlarının yaranması, kommunikasiya əlaqələrinin genişlənməsi və uzunmüddətli inkişaf üçün əlverişli siyasi mühitin formalaşması xüsusi aktuallıq kəsb edir.
Milli Məclisin deputatı Fariz İsmayılzadə regionda müşahidə olunan geosiyasi gərginliklər fonunda Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, dialoq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşmalar regionda davamlı sabitliyin təmin olunması baxımından xüsusi önəm daşıyır.
Millət vəkili Rizvan Nəbiyev çıxışında qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakının və çoxtərəfli münasibətlərin inkişafına verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycanın həyata keçirdiyi balanslı və praqmatik siyasət müxtəlif tərəfdaşlar arasında etibarlı münasibətlərin qurulmasına, regional kommunikasiyaların inkişafına və qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə xidmət edir.
Tarixçi-alim Rizvan Hüseynov çıxışında qlobal təhlükəsizlik mühitinə təsir göstərən müasir çağırışlardan bəhs edib. Onun sözlərinə görə, beynəlxalq münasibətlər sistemində humanitar yanaşmaların, mədəni dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsi dövlətlər arasında daha sağlam münasibətlərin qurulmasına və ortaq maraqlar əsasında əməkdaşlığın inkişafına imkan yaradır.
Dəyirmi masa çərçivəsində iştirakçılar tərəfindən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin regionda sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın təşviqinə verdiyi töhfələr ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə, həmçinin sülh gündəliyinin təşviqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və cəmiyyətin düzgün məlumatlandırılması istiqamətində medianın rolunun vacibliyi qeyd olunub. Eləcə də, jurnalistlərin sualları cavablandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40

