Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb
12.05.2026 [12:14]
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) Böyük Britaniyanın nüfuzlu nəşri “Global Brand Magazine” tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə qalib elan olunub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Dövlət Xidmətinə mükafatın təqdim edilməsində əsas meyarlar kimi “Vahid mədəniyyət reyestri” informasiya sisteminin yaradılması, 3000-dən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumatların vahid rəqəmsal platformaya inteqrasiyası istiqamətində fəaliyyətlər, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edib.
Bu çərçivədə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, “MyCulture” vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanları, eləcə də şəffaflıq, operativlik və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması üzrə davam edən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd olunub.
“Dövlət sektoru” kateqoriyası üzrə mükafatlar Yaponiya Nazirlər Kabineti, Almaniya Federal Məşğulluq Agentliyi, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti, Sinqapur Dövlət Texnologiya Agentliyi, İsrail Milli Kibertəhlükəsizlik Direktorluğu, Avstraliya Qiymətli Kağızlar və İnvestisiyalar Komissiyası, Danimarka Enerji Agentliyi, Hindistan İnvestisiya Agentliyi, Amsterdam Bələdiyyəsi, Qətər İnkişaf Bankı kimi nüfuzlu təşkilatlara və “e-Estonia”, “Smart Dubai” kimi qlobal miqyasda nüfuz qazanmış meqa layihələrə təqdim edilib. Bu fakt Dövlət Xidmətinin mədəni irsin idarəedilməsi və qlobal texnologiyaların tətbiqi sahəsində artan nüfuzunu təsdiqləməklə yanaşı, mədəni irsin qorunması sahəsində həyata keçirilən institusional transformasiya, rəqəmsallaşdırma və formalaşdırılmaqda olan müasir dövlət xidmətləri modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisi hesab olunur.
Qeyd edək ki, “Global Brand Magazine” beynəlxalq səviyyədə dövlət idarəçiliyi, innovasiya, korporativ transformasiya və institusional inkişaf sahələrində fəaliyyət göstərən qurumların qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.
Əldə olunan bu beynəlxalq uğur Azərbaycanın mədəni irs sahəsində həyata keçirdiyi dövlət siyasətinin möhkəm ənənələr, təkmil idarəetmə, innovasiya və dayanıqlı inkişaf prinsiplərinə əsaslandığını, ölkədə bu istiqamətdə nümunəvi idarəetmə modelinin formalaşdırılmasını nümayiş etdirir.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

