Fransada hantavirusa ilk yoluxma halı qeydə alınıb
11.05.2026 [13:40]
Fransada hantavirusa ilk yoluxma halı təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist “France Inter” radiosuna açıqlamasında deyib. Nazirin sözlərinə görə, xəstəlik aşkarlanan qadın “MV Hondius” gəmisində olub və mayın 10-da Kanar adalarından Fransaya təxliyə edilib. Qadında xəstəliyin simptomları “Tenerife” ilə “Burje” hava limanı arasındakı uçuş zamanı ortaya çıxıb.
“Testlərin nəticəsi müsbət çıxıb. Təəssüf ki, onun vəziyyəti gecə ərzində pisləşib”, – deyə səhiyyə naziri bildirib.
Fransaya gətirilən beş sərnişindən yalnız birində virus aşkarlanıb. Digər dörd nəfərin ilkin test nəticələri mənfi olsa da, onların azı 15 gün xəstəxanada müşahidə altında saxlanılacağı açıqlanıb.
Fransanın Baş naziri Sebastyən Lökornu bildirib ki, xəstədə simptomlar təxliyə reysi zamanı müşahidə olunub. Təyyarə bazar günü yerli vaxtla saat 16:30 radələrində Paris yaxınlığındakı “Burje” hava limanına enib.
Fransa mediasının məlumatına əsasən, ölkədə virusla əlaqəli təxminən 20 nəfər təcrid olunub. Onlar yoluxmuş şəxslərlə təmasda olduqları üçün risk qrupuna daxil ediliblər.
Təcrid edilənlər arasında Fransaya gətirilən beş sərnişinlə yanaşı, aprelin 25-də “Sent Helena – Yohannesburq” və “Yohannesburq – Amsterdam” marşrutları üzrə uçuşlarda olan sərnişinlər də var.
İspaniya Mülki Müdafiə Xidməti və liman rəhbərliyinin məlumatına görə, bazar günü Kanar adalarında gəmidən təxminən yüzə yaxın sərnişin və ekipaj üzvü təxliyə olunub.
Bazar ertəsi səhər saatlarında yanacaq doldurulması səbəbindən təxliyə dayandırılıb. Günün ikinci yarısında əməliyyatların davam etdirilməsi planlaşdırılır. Son təxliyə reysinin Avstraliyaya həyata keçiriləcəyi bildirilir.
Daha sonra “MV Hondius”un Kanar adalarındakı “Qranadilya” limanını tərk edərək, Atlantik okeanı istiqamətində yoluna davam edəcəyi açıqlanıb.
Fransa mediasının məlumatına görə, vəziyyətlə bağlı ikinci hökumət müşavirəsi bazar ertəsi günortadan sonra “Matinyon”da keçiriləcək.
İclasda Baş nazir Sebastyən Lökornü ilə yanaşı, səhiyyə naziri Stefani Rist, daxili işlər naziri Loran Nunyes, xarici işlər naziri Jan-Noel Barro və səhiyyə qurumlarının rəhbərləri iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

