“Ulu Öndər Heydər Əliyevin İrsi Milli Sərvətimizdir” mövzusunda tədbir keçirilib
09.05.2026 [21:41]
Mayın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin İrsi Milli Sərvətimizdir” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Rayon Mədəniyyət evində təşkil olunan tədbirdə Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətindən və dövlətçiliyimizin möhkəmləndirilməsindəki tarixi xidmətlərindən bəhs edib. O bildirib ki, Heydər Əliyevin fəaliyyəti siyasi müdriklik, uzaqgörənlik və xalqa sədaqət nümunəsidir. Bu gün müstəqil Azərbaycanın uğurlarının təməlində Ulu Öndərin uzaqgörən siyasəti dayanır və bu kurs Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə qeyd edib ki, Azərbaycanın qazandığı bütün nailiyyətlər Heydər Əliyev dühasının bəhrəsidir. O, dahi rəhbərin dövlət quruculuğu sahəsindəki xidmətlərini vurğulayaraq, Yeni Azərbaycan Partiyasının ölkəmizin aparıcı siyasi qüvvəsi olduğunu və Ümummilli Liderin irsinin gənclər üçün hər zaman örnək qalacağını diqqətə çatdırıb.
Qeyd olunub ki, bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin siyasi kursu ölkəmizdə uğurla davam etdirilir. Məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan davamlı inkişaf və tərəqqi yolunda inamla irəliləyir, öz qüdrətini hər ötən gün daha da möhkəmləndirir.
Milli Məclisin deputatı İmamverdi İsmayılov Ulu Öndərin milli-mənəvi dəyərlərin qorunması və azərbaycançılıq ideologiyasının formalaşdırılması sahəsindəki müstəsna xidmətlərindən danışıb. Vurğulanıb ki, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə olunan tarixi Zəfər Heydər Əliyev ideyalarının təntənəsidir.
Tədbirdə çıxış edən veteran partiya üzvü Almas Orucova Ümummilli Liderin dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki rolundan bəhs edib. Vurğulayıb ki, məhz Ulu Öndərin xilaskarlıq missiyası sayəsində Azərbaycan dərin siyasi böhrandan qurtulub, ölkədə davamlı sabitlik və tərəqqi dövrü başlayıb.
Çıxışlardan sonra yeni üzvlərə partiya vəsiqələri, rayonun ictimai-siyasi həyatında fəallıq göstərən üzvlərə isə fəxri fərmanlar təqdim olunub.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

