Azərbaycan sülhə və regional inkişafa mühüm töhfələr verir
06.05.2026 [15:16]
Elçin Quliyev
YAP Nərimanov Rayon Təşkilatının sədri
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxışla postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığı, sülh quruculuğu fəlsəfəsini və suverenlik prinsipinə əsaslanan diplomatik iradəsini aydın şəkildə nümayiş etdirdi.
Dövlətimizin başçısı çıxışında postmünaqişə dövründə Cənubi Qafqazın transformasiyası, regional əməkdaşlıq modellərinin yenidən qurulması kimi məsələlərə toxundu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda qarşıdurmanı dərinləşdirən ritorikadan deyil, sabitlik, bağlantılar, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq gündəliyindən çıxış edib. Bu yanaşma, sadəcə, diplomatik jestlər toplusu deyil, qalib dövlətin öz gücünü regional inkişaf modelinə çevirmək bacarığının göstəricisidir.
Müasir beynəlxalq münasibətlər sistemində regional sabitlik və davamlı sülhün təmin olunması dövlətlərarası əməkdaşlığın əsas prioritetlərindən biridir. Avropa məkanında siyasi dialoqun inkişafına xidmət edən Avropa Siyasi Birliyi platforması isə mühüm əhəmiyyət kəsb edir.
Bu çərçivədə Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək regionda sülh və əməkdaşlıq gündəliyi ilə bağlı Azərbaycanın mövqeyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dövlətimizin başçısı öz çıxışında Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişləri qeyd etməklə yanaşı, sülhün alternativsiz olduğunu da vurğulayıb.
Artıq Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb. Bundan əlavə, ölkəmiz ilk dəfə olaraq neft məhsullarını – benzin və dizeli Ermənistana ixrac edib və bu çərçivədə 12 min ton məhsul tədarük olunub.
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvü olsa da, 2024-cü ildə AŞPA tərəfindən nümayəndə heyətimizə qarşı tətbiq edilən məhdudiyyətlər ədalətli yanaşma ilə uzlaşmır. Xüsusilə bu qərarın 2023-cü ilin sentyabr hadisələrindən sonra qəbul olunması onun siyasi mahiyyətini açıq şəkildə göstərib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrinin icrasını öz gücü ilə təmin edib. Bu, beynəlxalq hüququn və ərazi bütövlüyü prinsipinin bərpasıdır. Eyni zamanda, Avropa Parlamentinin son illərdə Azərbaycanla bağlı qəbul etdiyi çoxsaylı sənədlər selektiv yanaşmanın göstəricisidir.
Bu reallıq beynəlxalq institutların obyektivliyi ilə bağlı ciddi suallar yaradır. Azərbaycan parlamentinin Avropa strukturları ilə əməkdaşlığa yenidən baxması suveren siyasi qərardır. “Ümumiyyətlə, Azərbaycan beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dövlətlərlə rəqabət deyil, əməkdaşlıq etməyə üstünlük verən, olduğu məkana sülh daşıyan dünyəvi bir dövlətdir. Beləliklə, Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində konstruktiv və tarazlı siyasət yürütdüyünü bir daha nümayiş etdirdi.
Prezidentin çıxışı regionda baş verən tarixi transformasiyanın həm siyasi, həm də institusional mahiyyətini əks etdirən mühüm siyasi bəyanatdır.
Çıxışda səsləndirilən müddəalar göstərir ki, sülh prosesi artıq yalnız diplomatik bəyanatlar səviyyəsində deyil, real siyasi və iqtisadi mexanizmlərlə möhkəmləndirilir.
Xüsusilə Ermənistanın 2028-ci ildə “Avropa Siyasi Birliyi” Zirvə görüşünün Azərbaycanda keçirilməsini dəstəkləməsi və qarşılıqlı əsasda gələcək zirvə görüşlərinin Bakı və İrəvanda təşkili ilə bağlı razılaşmalar regionda etimad mühitinin formalaşmasının mühüm göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın münaqişə məkanından əməkdaşlıq platformasına çevrilməsi istiqamətində yeni mərhələnin başlandığını göstərir.
Artıq sülh prosesinin praktiki nəticələri də müşahidə olunur. Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırılması, eləcə də 12 min ton neft məhsulunun ixracı uzun illər mövcud olmuş tranzit məhdudiyyətlərinin aradan qaldırıldığını və iqtisadi əlaqələrin bərpasını nümayiş etdirir. Bu, sülhün deklarativ deyil, real iqtisadi reallığa çevrildiyini sübut edir.
Eyni zamanda, "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu" çərçivəsində Azərbaycanın Naxçıvanla birbaşa bağlantısının təmin olunması və bunun Orta Dəhliz sisteminə inteqrasiyası regionun nəqliyyat və logistika arxitekturasında ciddi strateji dəyişiklik yaradır. Bu, Cənubi Qafqazın qlobal iqtisadi marşrutlardakı rolunu əhəmiyyətli dərəcədə gücləndirir.
“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısı çərçivəsində səsləndirilən fikirlər bir daha göstərib ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün real imkanlar mövcuddur. Azərbaycanın təşəbbüskar və məsuliyyətli mövqeyi isə bu prosesdə aparıcı rol oynamağa davam edir. Regionda dayanıqlı sülhün bərqərar olması yalnız dövlətlərin siyasi iradəsi və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq sayəsində mümkündür.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

