Azərbaycan və İtaliya arasında siyasi və iqtisadi əlaqələr dərinləşir
06.05.2026 [11:59]
Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətləri son onillikdə regionun və Avropanın siyasi gündəmində mühüm yer tutmuşdur. 2026-cı il mayın 4-də Prezident İlham Əliyev və Baş nazir Ciorcia Meloni tərəfindən verilən birgə bəyanat bu münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu bəyanat sadəcə diplomatik protokolun bir hissəsi deyil, əksinə, iki ölkənin uzunmüddətli maraqlarının, enerji təhlükəsizliyinin və siyasi sabitliyin təmin olunmasına yönəlmiş strateji baxışın ifadəsidir.
Statistik rəqəmlər də ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafı barədə aydın təsəvvür yaradır. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi artıb. İtaliyanın da Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Ölkələrimiz arasında ticarət dövriyyəsi çoxşaxəlidir və daim genişlənir. İtaliya şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də qeyri-neft sektorunda çox geniş təmsil olunurlar. Hazırda İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir.
Azərbaycan-İtaliya münasibətlərinin tarixi inkişafına nəzər saldıqda, 2014-cü ildə imzalanmış ilk strateji tərəfdaşlıq bəyanaməsi bu əlaqələrin başlanğıc nöqtəsi olmuşdur. Həmin sənəd iki ölkə arasında enerji, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlığın əsaslarını qoymuşdur. 2020-ci ildə imzalanmış ikinci bəyanamə isə bu münasibətləri daha da gücləndirmiş, tərəflərin qarşılıqlı maraqlarını genişləndirmişdir. Bu sənədlər Azərbaycanın Avropaya enerji ixracında mühüm rolunu təsdiqləyərək, İtaliyanın enerji mənbələrinin şaxələndirilməsinə töhfə vermişdir.
Enerji sahəsi Azərbaycan-İtaliya tərəfdaşlığının əsas sütunlarından biridir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın təbii qazının İtaliyaya çatdırılması Avropanın enerji təhlükəsizliyində həlledici rol oynayır. Bu layihə təkcə iqtisadi deyil, həm də siyasi əhəmiyyət daşıyır. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşı kimi çıxış edir, İtaliya isə bu əməkdaşlıqdan faydalanaraq öz enerji balansını gücləndirir.
Diplomatik əlaqələrin yaradılmasından ötən müddət ərzində münasibətlərin güclənməsinə istiqamətlənmiş strateji tərəfdaşlıq siyasəti Azərbaycan və İtaliya xalqlarının dostluq əlaqələrini möhkəmləndirməyə imkan verir.
Nəbi Hacıyev
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

