/ / Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb
Sülhün əldə olunması faktı əsasında Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb
06.05.2026 [13:00]
Prezident İlham Əliyevin 2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında etdiyi çıxış, regionda sülh və əməkdaşlıq prosesinin sadəcə siyasi bəyanatlarla məhdudlaşmadığını, real iqtisadi və ticari müstəviyə keçdiyini göstərən mühüm bir mərhələdir. Dövlət başçısının çıxışında səsləndirdiyi faktlar və rəqəmlər Cənubi Qafqazda yeni, dayanıqlı nizamın formalaşdığını bütün dünyaya nümayiş etdirir.
Çıxışda xüsusi vurğulanan məqamlardan biri ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə əldə olunan tarixi razılaşma oldu. ABŞ Prezidenti Donald Trampın şahid qismində iştirakı ilə imzalanan Birgə Bəyannamə və xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflaması prosesin beynəlxalq səviyyədə dəstəkləndiyini təsdiqləyir. Bu tarixi barışıq iki ölkə arasında sülh sazişinin mətninin razılaşdırılması, tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması istiqamətində atılmış ən böyük addım kimi qiymətləndirilir. Beynəlxalq rəhbərliyin vasitəçiliyi və prosesdə birbaşa iştirakı, sülh prosesinin dönməz xarakter almasına zəmanət yaradır.
Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəllərindən bəri Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Bu qərarın regional iqtisadiyyata və nəqliyyat sisteminə birbaşa müsbət təsirləri olub. Azərbaycan ərazisindən istifadə edilərək Ermənistana indiyə qədər 28 min ton müxtəlif təyinatlı yük çatdırılıb. Bu, kommunikasiyaların açılmasının ilk və ən görünən nəticəsidir. Eyni zamanda, nəqliyyat dəhlizlərinin işə düşməsi təkcə tranzit üçün deyil, həm də birbaşa ticarət münasibətlərinin yaranması üçün zəmin yaradıb.
Sülhün ən praktik göstəricisi kimi ticarət əlaqələrinə başlanması qeyd edilib. Azərbaycan öz növbəsində əlavə addımlar ataraq, Ermənistan bazarına ilk dəfə olaraq neft məhsulları tədarük etməyə başlayıb. Ölkəmiz tərəfindən benzin və dizel kimi enerji məhsulları Ermənistana ixrac olunur və indiyədək 12 min ton neft məhsulu tədarük edilib. Bu addım iki xalq arasında onilliklər boyu davam edən qarşıdurmanın iqtisadi və sosial rifah naminə əməkdaşlıqla əvəz olunduğunun bariz nümunəsidir.
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə toplantısındakı bu çıxışı, regionda sülh və sabitliyin təkcə geosiyasi deyil, həm də dərin iqtisadi köklərə malik olduğunu sübut edir. Kommunikasiyaların açılması və ticarət əlaqələrinə başlanması hər iki ölkənin vətəndaşlarına rifah vəd edir, eyni zamanda Cənubi Qafqazın davamlı inteqrasiyasını sürətləndirir.
Kərimli Elvin
Yap Ordubad Rayon Təşkilatının əməkdaşı
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19

