“Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirildi
06.05.2026 [10:35]
Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatı, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirildi.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin direktoru Arzu Qafarov, məktəbin müəllim və şagird kollektivi iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan məktəbin müəlliməsi Nəzrin Əliyeva tədbirin məqsədi barədə ətraflı məlumat verdi. O, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək bildirdi ki, dahi rəhbər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli mədəniyyətin və incəsənətin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir.
Daha sonra çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov ulu öndərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışaraq qeyd etdi ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə mədəniyyət ocaqları bərpa olunur, yeni mədəniyyət müəssisələri inşa edilir, milli irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
Sədr Həbib Misirov vurğuladı ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə milli-mədəni irsimizin qorunması və dünyada tanıdılması istiqamətində mühüm addımlar atılmışdır. Bu çərçivədə Azərbaycanın muğam, aşıq sənəti və digər zəngin mədəniyyət nümunələrimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
Həbib Misirov həmçinin qeyd etdi ki, müzəffər sərkərdəmizin rəhbərliyi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı quruculuq və bərpa işləri aparılır. Bu çərçivədə dağıdılmış mədəniyyət abidələri bərpa edilir, yeni muzeylər və mədəniyyət mərkəzləri istifadəyə verilir.
Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin direktoru Arzu Qafarova çıxış edərək ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan bəhs etdi. O qeyd etdi ki, dövlət tərəfindən mədəniyyətin inkişafı daim prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır. Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinə yaradılan şəraitin, uşaq incəsənət məktəblərinə göstərilən qayğının gələcək nəsillərin formalaşmasında mühüm rol oynadığı vurğulandı.
Məktəbin müəlliməsi Arzu Hüseynzadə çıxışında ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərilən yüksək diqqət və qayğını xüsusi qeyd etdi. O bildirdi ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, mədəniyyətimiz və incəsənətimiz inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur.
Tədbirin bədii hissəsində məktəbin müəllim və şagirdləri tərəfindən ədəbi-bədii kompozisiyalar təqdim olundu, ulu öndərə və vətənpərvərlik mövzusuna həsr olunmuş rəsm sərgisinə baxış keçirildi.
Sonda Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı tərəfindən partiyanın fəaliyyətində və mədəni tədbirlərdə fəal iştirak edən müəllimlər fəxri fərmanlarla təltif olundu.Həmçinin ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbirdə fəal iştirak edən şagirdlər təşəkkürnamə diplomları ilə mükafatlandırıldı.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

