Balaca Buker
02.05.2026 [08:54]
Elan edildi. Uşaqlar nə oxuyacaq?
“Onlar” nə desə, o da oxunacaq. Yeni dəb, yeni dünya, yeni çağırışlar - ümumiyyətlə, yeni İnsan üçün mütaliə edilməli olan (tələb olunan) nə varsa ortalığa qoyulacaq. Bir oyuncaq, hətta bir xətkeş belə, informasiya daşıyıcısıdır, mütaliədir - o da ola kitab. “Onlar” deyəndə hər iki tərəf nəzərdə tutulur: mükafat verənlər və əvəzində yeni “oyuncaqlar”ı kəşf edən balaca oxucular...
Ötən həftə Buker Mükafatı (The Booker Prizes) yeni Uşaq Buker Mükafatını elan etdi. Səkkiz kitabdan ibarət qısa siyahı 24 noyabr 2026-cı ildə, qalib isə 2 fevral 2027-ci ildə elan ediləcək. Üç böyük münsif müəyyənləşib. Bunlar - uşaq kitablarının müəllifi, ssenarist Frank Kotrel Boys, məşhur komediya aktyoru, yazıçı Loli Adef və Londonda yerləşən uşaq kitab mağazasının sahibi Sançito Basu de Sarkardır. Digər iki münsif isə uşaqlar arasından seçiləcək, yəni, qiymətləndirmə böyüklərdən və uşaqlardan ibarət münsiflərin ixtiyarına buraxılacaq. Qalib gələn kitabın da münsif uşaqlar tərəfindən öz həmyaşıdlarına tövsiyə edilməsi təmin olunacaq.
Vəssalam. Yerdə nə qaldı? “Cırtdan”dan bərk yapışmaq? Bəlkə də.
Bu, son əlli ilin dünya uşaq ədəbiyyatına qoyulmuş investisiyaların, cəhdlərin, böyük bir industriyanın, hətta infrastrukturun nəticəsidir. Daha doğrusu, məntiqi nəticənin davamıdır. İndiyədək hər tərəfdə satılan oyuncaqlar, cizgi filmləri, əşyalar və nəhayət yeni dövrün yeni kitabları... Əlbəttə, Bukerin bu cəhdi həm də yeni suallara cavab tapmaq, gələcəyin oxucusunu anlamaq da (bəlkə də müəyyənləşdirmək) ola bilər. Yoxsa ki, uşaqlar nə ətafdakı problemləri, nə gələcək təhdidləri, nə də dünyamızın yeni mənzərəsini indidən necə bilsinlər? Deməli, onların əvəzinə kimsə mütaliə “oyuncaq”ları müəyyənləşdirməli və gələcəyi idarə etməyə çalışmalıdır. Bəlkə də boş xülyadır, cəhddir: uşaqlar, vaxtı gələndə, özləri nəyin necə olacağına qərar verəcəklər. Bax məhz buna əmin olmaq şübhəli, dumanlıdır. Elə isə, “Mədəniyyət -2040” Konsepsiyası üçün yeni, müzakirə oluna biləcək suallar yaranmırmı?
Hələlik böyük Buker özünə yol yoldaşı axtarır, o da böyüyüb yenə Buker olacaq. Bəs sonra? Kim, nəyi və necə mütaliə edəcək? Yəqin ki, Bukerin yeni cəhdləri bütün bu suallara cavab axtarmaqdır. Biz nə edəcəyik?
Əgər ki, Cırtdan getsə yatmağa, Div oyaq qalacaq....
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32

