İdman sahəsinə verilən xüsusi önəm
01.05.2026 [20:43]
Azərbaycan idmanının ən uğurlu və ənənəvi sahələrindən biri olan güləş növbəti dəfə ölkəmizə böyük qürur yaşatdı. Avropa çempionatında Azərbaycan güləşçilərinin komanda hesabında çempion olması xalqımız tərəfindən böyük sevinc və fəxarətlə qarşılandı. Qazanılan bu möhtəşəm nailiyyətdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin güləşçiləri və onların məşqçilərini qəbul etməsi ölkədə idmana göstərilən yüksək diqqət və qayğının bariz nümunəsi oldu. Bu görüş həm idmançılar üçün böyük mənəvi stimul, həm də Azərbaycan idmanının gələcək inkişafı baxımından mühüm hadisə kimi yadda qaldı.
Möhtərəm Prezident cənab İlham Əliyev qəbul zamanı çıxış edərək Azərbaycan güləşçilərinin Avropa çempionatında göstərdikləri nəticəni yüksək qiymətləndirdi. Dövlət başçısı bildirdi ki, komanda hesabında Avropa çempionu olmaq böyük zəhmətin, güclü hazırlığın, intizamın və vətən sevgisinin nəticəsidir. O, vurğuladı ki, Azərbaycan güləş məktəbi uzun illərdir öz gücünü beynəlxalq arenalarda sübut edir və bugünkü gənc idmançılar da bu şanlı ənənəni uğurla davam etdirirlər. Prezidentin sözlərinə görə, idmançılarımız yarış meydanında yalnız öz güclərini deyil, həm də Azərbaycan xalqının iradəsini və qələbə əzmini nümayiş etdiriblər.
Avropa çempionatında milli komandamızın qazandığı uğur həqiqətən tarixi nəticə hesab olunur. Həm yunan-roma, həm də, sərbəst güləş üzrə millilərimizin komanda hesabında birinci olması Azərbaycan güləşinin Avropada lider mövqeyini bir daha təsdiqlədi.
Çempion güləşçilər də öz növbəsində göstərilən diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər. Onlar qeyd etdilər ki, ölkə rəhbərliyinin idmana və idmançılara verdiyi dəyər onları daha böyük uğurlar qazanmağa ruhlandırır. İdmançılar Azərbaycanın üçrəngli bayrağını bundan sonra da beynəlxalq arenalarda zirvələrə qaldırmaq üçün var gücləri ilə çalışacaqlarını vurğuladılar. Məşqçilər isə bu nəticələrin təsadüfi olmadığını, uzunmüddətli hazırlıq, peşəkar yanaşma və güclü komanda ruhunun məhsulu olduğunu qeyd etdilər.
Cənab Prezident Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul etməsi bir daha sübut etdi ki, Azərbaycanda idman sahəsinə xüsusi önəm verilir və bu diqqət öz bəhrəsini verir. Belə görüşlər idmançılarda özünəinam yaradır, gənc nəsildə idmana marağı artırır və qələbə ruhunu daha da gücləndirir. Şübhəsiz ki, Azərbaycan güləşçilərinin qazandığı bu parlaq uğur ölkəmizin idman tarixində yeni şərəfli səhifə açmış oldu.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59

