Tiranadan gələn qələbə sədası: Azərbaycan güləşçiləri Avropanın zirvəsində
01.05.2026 [14:47]
Azərbaycan idman həyatında 30 aprel 2026-cı il xüsusi bir səhifə kimi yadda qaldı. Həmin gün Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edərək onların tarixi uğurlarını yüksək qiymətləndirdi. Bu qəbul sadəcə bir idmançıların təbriki deyildi, həm də Azərbaycan idmanının strateji inkişafının, güləş ənənələrinin qorunmasının və milli ruhun gücləndirilməsinin təntənəli təsdiqi idi.
Prezident çıxışında vurğuladı ki, Avropa çempionatında komanda hesabında birinci olmaq illərlə qurulan sistemli hazırlığın, məşqçilərin fədakarlığının və idmançılarımızın iradəsinin nəticəsidir. Bu uğur təsadüfi deyil, dövlətin idmana verdiyi dəstəyin, gənclərin düzgün istiqamətdə yetişdirilməsinin və federasiyanın peşəkar fəaliyyətinin bəhrəsidir. İlham Əliyev qeyd etdi ki, Azərbaycan güləşi artıq Avropada lider mövqeyini möhkəmləndirib və bu mövqeni qorumaq üçün daha çox çalışmaq lazımdır.
Görüşdə idmançılar öz təəssüratlarını bölüşərək bildirdilər ki, hər bir medalın arxasında ağır məşq prosesi, gündəlik zəhmət və dövlətin verdiyi dəstək dayanır. Onlar üçün ən böyük motivasiya yarışlarda Azərbaycan bayrağını qaldırmaq və himni səsləndirməkdir. Bu hiss onların sözlərinə görə bütün yorğunluğu unudacaq qədər güclüdür.
Prezident gənc güləşçilərin uğurlarına xüsusi diqqət çəkərək qeyd etdi ki, bu gün Avropa çempionatında medallar qazanan gənclər sabah Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək. Bu, idman sahəsində davamlılığın və gənclərin düzgün istiqamətdə yetişdirilməsinin göstəricisidir. O, həmçinin federasiyanın fəaliyyətinə toxunaraq Olimpiya çempionlarının rəhbərlikdə və məşqçi heyətində yer almasını yüksək qiymətləndirdi. Bu model gənc nəsil üçün məktəb rolunu oynayır və onların inkişafına böyük dəstək verir.
Bu qəbulun əhəmiyyəti təkcə idmanla məhdudlaşmır. Burada milli ruhun gücləndirilməsi, vətən sevgisinin daha da möhkəmlənməsi və gənclərin öz ölkəsinə bağlılığının artırılması da ön planda idi. Prezidentin sözləri idmançılar üçün motivasiya, gənclər üçün isə nümunə oldu.
Azərbaycan güləşçilərinin Avropa çempionatındakı qələbəsi bir daha göstərdi ki, ölkəmiz idman sahəsində Avropada lider mövqeyini qoruyur. Bu uğur həm tarixi ənənələrin davamı, həm də müasir idman siyasətinin nəticəsidir. İdmançılarımızın beynəlxalq arenada əldə etdiyi nailiyyətlər Azərbaycanın gücünü, iradəsini və milli birliyini bütün dünyaya nümayiş etdirir.
Bu görüşün dərin mənası ondan ibarətdir ki, idman sadəcə yarış meydanında qazanılan medallarla ölçülmür. İdman həm də milli kimliyin, vətənpərvərliyin və birlik ruhunun gücləndirilməsidir. Azərbaycan güləşçilərinin Avropa çempionatındakı qələbəsi isə bu ruhun ən parlaq təzahürlərindən biri oldu.
Səbinə Əliyeva
YAP Ordubad rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

