/ / Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Azərbaycan-Ermənistan sülh gündəliyi barədə məlumatlandırılıb
01.05.2026 [12:32]
Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Miryana Spolyariç Eggeri qəbul edib.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın uzunmüddətli və etimada əsaslanan xarakter daşıdığı vurğulanıb, tərəflər arasında mütəmadi təmasların davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin regionumuzda həyata keçirdiyi humanitar fəaliyyətlər müzakirə edilib, Azərbaycanın bu addımlara göstərdiyi dəstəyin önəmi vurğulanıb.
Nazir Ceyhun Bayramov regionda gərginlik və hərbi əməliyyatlar fonunda Azərbaycanın hər zaman humanitar prinsiplərə sadiq qaldığını, o cümlədən İranda hərbi əməliyyatların davam etdiyi dövrlərdə bu ölkəyə humanitar yardımların göstərildiyini diqqətə çatdırıb.
Müasir dövrdə silahlı münaqişələrin əsasən mülki əhali üçün ağır nəticələr doğurduğu bildirilərək, beynəlxalq ictimaiyyətin bu istiqamətdə səylərinin artırılmasının vacibliyi qeyd edilib. Bu kontekstdə Azərbaycanın beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa verdiyi önəm, habelə bu prinsiplərə daim riayət etdiyi xüsusi vurğulanıb.
Görüşdə, həmçinin postmünaqişə dövründə regionumuzda sülhün və sabitliyin bərqərar olunması istiqamətində atılan addımlar müzakirə edilib. C.Bayramov Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

