/ / Britaniya Kralı Trampla zarafat etmədi ki... Onu tarixi faktla sərrast vurdu... Hələ 6 il əvvəl İlham Əliyev isə... - Aydın QULİYEV yazır...
Britaniya Kralı Trampla zarafat etmədi ki... Onu tarixi faktla sərrast vurdu... Hələ 6 il əvvəl İlham Əliyev isə... - Aydın QULİYEV yazır...
01.05.2026 [11:01]
ABŞ prezidenti Trampın sevimli fikridir - o əvvəllər fəxrlə deyib ki, "Amerika olmasaydı, Avropa almanca danışardı". Həqiqətdir, lakin qüsurlu həqiqətdir. Çünki Tramp bununla Avropanın Hitler faşizmindən xilasını büsbütün Amerikanın adına bağlayır və bu böyük missiyada payı olan SSRİ-nin və digərlərinin haqqını yeyir.
1944-cü ildə Normandiyada Hitlerə qarşı 2-ci cəbhənin ABŞ və İngiltərə tərəfindən açılmasını nəzərdə tutur... Tramp bu fikri ilə əslində özündən min illər əvvəl deyilmiş fikri sadəcə azacıq dəyişərək yamsılayır. Kimi yamsılayır? Tarix - 7-ci əsrdə Ərəb qoşunları 7-8 dəfə Bizansı mühasirəyə alsalar da, onu tuta bilmədilər. O zaman müasirlər belə bir söz çıxarmışdılar - "Əgər yunan odu və Egey dənizinin küləkləri olmasaydı, bütün Avropa nüsəlman olardı". Məsələ belə idi ki, yunanlar dənizdə küləyin istiqamətinə uyğun olaraq xüsusi qurğularla püskürdülən yanar neftlə ərəb gəmilərini qovurdular... Söz oradan yaranıb, Tramp onu mənimsəyib...
Qayıdaq ingilis kralının ABŞ Konqresində Trampa sərrast atışla verdiyi tarixi cavaba...
Kral Trampa guya zarafatla "ingilislər olmasaydı, Amerika fransızca danışardı" dedi... Çox dəqiq tarixi faktdır...
Söhbət 1756-1763-cü illərin məşhur "7 illik müharibəsindən" gedir. Britaniya ilə Fransanın müstəmləkələr uğrunda ən qanlı müharibəsidir. Britaniya və Prussiya bir tərəfdə, Fransa, Rusiya və Avstriya qarşı tərəfdə idilər. Bu müharibəyə tarixdə "üç arvadın müharibəsi" də deyilir. Bunu dostlarım istərsə, başqa yazımda izah edərəm... "7 illik müharibə" Paris sülhü və Britaniya-Prussiya ittifaqının qələbəsi ilə bitdi. Şərtlərinə baxın - o vaxta qədər Fransanın Amerikadakı müstəmləkələri-koloniyaları ingilislərə verildi, Kanada, Luiziananın böyük hissəsi, Florida, Karib adaları ingilislərin əlinə keçdi. Əgər bu hadisə olmasaydı, indi təkcə Kanadanın Kvebek əyaləti yox, Kralın dediyi kimi, "bütün Amerika fransızca danışırdı"...
Kral bir daha sübut etdi - "tarixi mükəmməl bilməyənlər nükəmməl siyasətçi və mükəmməl dövlət xadimi ola bilməz.
Bu həqiqəti hələ 6 il əvvəl İlham Əliyev sübut etmişdi... 44 günlük müharibənin qaynar günlərinin birində erməni lobbiçiləri bir alman jurnalistinin "içini doldurub" bizim Prezidentdən müsahibə almağa göndərmişdilər. Jurnalist öz aləmində "çox dolaşdırıcı" suallardan sonra soruşdu: "Bu Qarabağ üçün niyə bu qədər vuruşursunuz?"
Bilirsinizmi İlham Əliyev nə dedi? - "Elzas və Lotaringiya Almaniya üçün nədirsə, Qarabağ da bizim üçün odur"...
Alman jurnalisti dəqiq anladı ki, İlham Əliyev Elzas və Lotaringiya uğrunda Almaniya və Fransanın əsrlər boyu qanlı müharibələr apardıqlarını yaxşı bilir...
Elə o günlərdə fb səhifəmdə İlham Əliyevin həmin cavabı ilə bağlı tarixi faktları ayrıca statusda yazmışdım.
Maraqlananlar baxa bilər...
Aydın QULİYEV
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

