Zəhmətin günü...
01.05.2026 [08:39]
1 May haqqında bilmədiklərimiz
Mayın 1-i təqvimdə sadəcə bir gün kimi görünsə də, əslində bu tarix zəhmətkeş insanların səsinin, haqqının və əməyinin rəmzinə çevrilib. Bu gün bir çox ölkədə “Beynəlxalq zəhmətkeşlər bayramı” kimi qeyd olunur. Mayın 1-i bizə sadəcə keçmişi xatırlatmır, həm də sahib olduğumuz bir çox hüquq və imkanların arxasında dayanan böyük zəhməti, fədakarlığı və bəzən də ağır mübarizələri yada salaraq insan əməyinə hörmətin nə qədər vacib olduğunu bir daha xatırladır. Bu gün hər kəsi düşünməyə vadar edir ki, inkişafın əsasında duran ən böyük güc məhz insanın zəhmətidir.
Vaxtilə 1 may keçmiş Sovet İttifaqında xüsusi təntənə ilə qeyd olunduğundan demək olar ki, proletariatın bayramı kimi təqdim edilirdi. Bu bayram bu gün də bir çox ölkələrdə qeyd edilir. Ayrı-ayrı dövrlərdə 1 May bayramı fərqli adlar daşıyıb: Dünya Fəhlələrinin Həmrəylik günü, Dünya Zəhmətkeşlərinin Həmrəylik günü, Əmək günü, Beynəlmiləlçilik günü, Əmək və Bahar günü və s.
Yeri gəlmişkən, 1 May bayramı ilə bağlı ayrı-ayrı ölkələrdə yeni ənənələr də yaranıb. Məsələn, həmin gün Fransada qızlara zanbaq gülü hədiyyə edilir. İtaliyada isə gül festivalı keçirilir. Almaniyada bayram münasibətilə yarmarkalar açılır. Həmin yarmarkalarda sakinləri rəqs və digər əyləncələrlə qarşılayırlar. İsveçdə isə mayın 1-də isveçlilər evdən çıxardıqları tullantıları yandırırlar.
SSRİ dağıldıqdan sonra Rusiyada bu bayram Əmək və bahar bayramı, Finlandiyada tələbələrin bahar karnavalı kimi qeyd edilir. 1996-cı ildən Qazaxıstanda 1 May tarixi xalqın birlik bayramı kimi qeyd olunur. İngiltərədə həmin gün milli paltar geyinən sakinlər rəngli lentlər bağlanmış dirəklərin ətrafında rəqs edərək dünyaya sülh və əmin-amanlıq arzulayırlar. Belarusda, Qırğızıstanda, Çində, Şri-Lankada 1 May bayramı əmək bayramı adı ilə qeyd olunur.
Bayramın tarixi
Qeyd edək ki, ilk dəfə 1856-cı ildə Avstraliyada 8 saatlıq iş gününün tətbiq edilməsi ilə bağlı bayramın qeyd olunması ortaya çıxıb. Bu ölkədə yerli işçilər artıq toplantı və əyləncə ilə əlaqədar səkkiz saatlıq iş gününün lehinə nümayiş olaraq bir günlük özlərini tamamilə işdən azad etməyi qərara alıblar. Bununla da proletar bayramı ortaya çıxıb, daha sonra digər ölkələrə yayılıb və getdikcə bütün proletar dünyasını fəth edib. Avstraliyalı əməkçilərin bu nümunəsini daha sonra amerikalılar təkrarlayıb. Belə ki, 1 May 1886-cı ildə, demək olar ki, bütün sənaye mərkəzlərində - Nyu-York, Çikaqo, Filadelfiya və Baltimorda 200 mindən çox işçi boykota başlayıb. Çikaqoda 80 min fəhlə haqları olan “8 saatlıq iş günü” tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirib.
Ümummilli boykotun və aksiyaların yayılmasından qorxan sahibkarlar silahlı əsgərlərlə yanaşı, həm də casus provakatorlar tutaraq hücuma keçib. 3 may günü “McCormic” fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açılıb və bir işçi öldürülüb. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəliblər.
4 may günü işçilər daha güclü bir mitinq təşkil ediblər. Mitinqin qurtarmasına az qalmış yüzlərlə polis meydana girib. Bir az sonra isə mənşəyi və haradan gəldiyi bəlli olmayan bir bomba polislərin olduğu yerə düşüb. Bomba atılandan sonra mitinq bölgəsi qanlı savaş meydanına çevrilib. İşçilər güllə yağışına tutulublar. 4 işçi və 7 polis ölüb, onlarla işçi isə yaralanıb. Həmkarlar ittifaqlarının sədrləri və işçi hərəkatının 8 lideri tutulub.
Məhkəmədən sonra fəhlə hərəkatının liderlərindən olan 4 şəxs - Avgust Spies, Albert Parsons, Corc Engel və Adolf Fişer edama məhkum ediliblər.
1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edilib. Hər ilin 1 May tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərara alınıb. Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. Mayın 1-də şəhərlərdə böyük nümayişlər keçirilər, möhtəşəm bayram əhval-ruhiyyəsi hökm sürərdi. Peşəsində fərqlənən əməkçilərə mükafatlar, fəxri adlar verilər, Sovet İttifaqının paytaxtına - Moskvaya dünyanın bütün ölkələrindən dəvət olunan qonaqlara sosializmin nəyə qadir olduğu nümayiş etdirilərdi.
Bayramı hansı ölkələr kütləvi şəkildə qeyd edir?
Hazırda dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. Onların arasında Rusiya, İspaniya, Portuqaliya, Yunanıstanı qeyd etmək olar. Xüsusən də Çin, Şimali Koreya, Vyetnam, Kuba, Venesuela, Boliviyada bu bayram kütləvi şəkildə qeyd olunur. ABŞ və Yaponiyada əmək bayramı bugünkü tarixdə deyil, başqa təqvimdə qeyd edilir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40

